Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
24800 manat saxta əskinas aşkarlandı
Tarix: 22-07-2015 | Saat: 15:48
Bölmə:M / Hadisə / M2 | çapa göndər

24800 manat saxta əskinas aşkarlandı





Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda saxta əskinas dövriyyədən çıxarılıb.


Xəbəraz.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini Bəxtəvər Şiralıyevin oğurladığı “VAZ 2107” markalı nəqliyyat vasitəsini satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həyata keçirilən əməliyyat tədbiri ilə fakt təsdiqini tapıb və o, saxlanılıb.

Araşdırmalar zamanı həmin avtomaşının Suraxanı rayonunda yaşayan Ceyhun Qocayevə məxsus olduğu və bu il iyul ayının 14-də Bəxtəvər Şiralıyev tərəfindən qaçırıldığı müəyyən edilib.

Üzərinə baxış zamanı B.Şiralıyevdən 450 manat saxta əskinas götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə də baxış keçirilib və oradan, ümumilikdə, 24800 manat, o cümlədən 130 ədəd 100 manatlıq, 236 ədəd isə 50 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş

5768 dəfə oxunub.

Digər xəbərlər
31-10-2016, 18:08 Bakıda bina yanır - FOTO

bütün xəbərlər
____ Instagram ___