Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzərdə gəmidə partlayış olub-3 nəfərin vəziyyəti kritikdir
Tarix: 09-05-2019 | Saat: 10:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış barədə məlumat vermişdik. Gəmi “Saipem” şirkəti tərəfindən icarəyə götürüldüyü üçün hazırda  qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri  çalışırlar.
Şirkətdən verilən açıqlamada yaralıların olması barədə məlumat yer alıb.
 “Saipem” təəssüflə xəbər veriri ki,  mayın 8-də  axşam, təxminən 6:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsarfil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılma işləri aparılır”,- deyə bildirilir.
Məlumatda qeyd edilir ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir:
“Yanğin tamamilə sondürülüb. Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti vəziyyəti nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq”.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___