Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlikdən Salyanda qəzaya uğrayan məktəblilərlə bağlı AÇIQLAMA: "Günahkarı müəyyənləşdirmək sonranın işidir"
Tarix: 06-05-2019 | Saat: 14:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Məktəbliləri idman yarışına aparan mikroavtobusun Salyanda qəzaya uğraması faciəli bir hadisədir. Dünyasını dəyişən uşağın valideynlərinə başsağlığı veririk. 
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
O, bu gün "Vita" markalı avtomobillə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisində qəzaya uğrayan hadisəyə münasibətini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, məktəblilər Cəlilabadda keçiriləcək yarışa gedirmişlər:
"Həmin məktəblilər Şirvandandır. Onlar Cəlilabadda keçiriləcək Heydər Əliyevin 96 illiyi ilə əlaqədar olaraq güləş turnirinə gedirmiş. Bu turnir bizim nazirlik, həmçinin Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən təsdiq olunan yarış idi. Təəssüf ki, belə bir qəza baş verib. 
Hazırda hadisə yerində nazirliyin iki əməkdaşı var. Onlar Salyan Rayon Xəstəxanasında yaralıların durumu ilə maraqlanırlar. Nazirlik bu məsələdə əlindən gələn hər bir dəstəyi verməyə hazırdır. Bu qəzada kimin günahının olmasının müəyyənləşdirilməsi sonranın işidir".
Qeyd edək ki, bu faciəvi hadisə nəticəsində yeddi şagird və bir məşqçi-müəllim yaralanıb. Avtomobili müəllim idarə edib. Bu qəza nəticəsində 11 yaşlı İlkin Əhmədov dünyasını dəyişib.


Xəbəri paylaş

4648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___