Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Formula 1-in qalibinə kuboku İlham Əliyev təqdim etdi
Tarix: 28-04-2019 | Saat: 18:58
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər

Formula 1-in qalibinə kuboku İlham Əliyev təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi-nin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.
"Xeberaz.Az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisi-nin qalibi Valtteri Bottasa ("Mercedes") kuboku və “Mersedes” komandasının nümayəndəsinə Konstruktorlar kubokunu təqdim edib.
İkinci yerin sahibi, “Mercedes”in digər sürücüsü Lyuis Hemiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının pilotu Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi-nin bugünkü qalibi “Mercedes”dən Valtteri Bottas olub. İkinci yeri “Mercedes”dən olan digər pilot  Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub.
Konstruktorların yarışında isə "Mercedes" birinci olub. 


Xəbəri paylaş

5428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___