Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
Tarix: 15-04-2019, 17:57 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb. 
Müvafiq fərmanı aprelin 15-də prezident İlham Əliyev imzalayıb.
Dəyişikliyə əsasən, yaşa görə müavinət 73 manatdan 130 manata qədər qaldırılıb.
Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:
“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.
Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:
“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.
Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:
“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət 82 manatdan 150manata qədər, ailə başçısını itirməyə görə müavinət 68 manatdan 80 manata qədər, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 68 manatdan 100 manata qədər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 61 manatdan 100 manata qədər artırılıb.
Bundan əlavə, uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata qədər, dəfn üçün müavinət 146 manatdan 300 manata qədər qaldırılıb.

3858 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
14-11-2015, 13:31 İnanılmaz 15 FOTO

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___