Ağdaban faciəsindən 27 il ötür: 32 dinc sakinin qatilləri cazasız qalıb
Tarix: 07-04-2019 | Saat: 07:13
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Ağdaban faciəsinin törədilməsindən 27 il ötür.
"Xeberaz.Az" xəbər verir ki, Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyi ilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağılıb. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıblar, 779 nəfər dinc sakinə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törədiblər.
Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.
Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırladı. 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başlayıblar. Erməni silahlıları yenidən kəndə hücum edərək oranı viran qoyublar. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törədiblər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edilib.
Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edilib.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

6-08-2018, 17:17
Ölkədə nə qədər taxıl yığılıb?
29-10-2016, 09:57
Pis yuxu görən zaman nə etməli?
15-04-2017, 22:26
Vyanada iki qatar toqquşdu: yaralılar var - YENİLƏNİB
26-05-2016, 18:59
İrəvan təxribatçı əməllərlə məşğuldur - XİN
27-01-2017, 14:56
Nicat Əliyev "Şərurspor"-da!
25-09-2015, 13:48
Azərbaycanlı iki qadını zorladı, onlardan birini öldürdü
23-07-2023, 18:22
Çimərliklərə əlavə polislər cəlb olunub - DİN
30-09-2019, 15:02
"Anası ilə birlikdə içəndən sonra..." — 2 aydır yoxa çıxan gəlindən ŞOK sözlər (VİDEO)
16-06-2023, 10:36
"Yusif çantanı açanda şok oldu, içində yarım milyon vardı" - Bakıda inanılmaz olay
15-04-2016, 14:39
Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə cəriməni ləğv etdi