Bu sərəncam diqqət və qayğının göstəricisidir - Politoloq
Tarix: 16-03-2019 | Saat: 22:12
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan Prezidentinin imzaladığı Əfv Sərəncamı kimliyindən asılı olmayaraq, ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutudur.
"Xeberaz.Az" xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu humanist addımı Novruz bayramı ərəfəsində yüzlərlə ailənin sevincinə səbəb oldu. Dövlətimizin başçısınin yüksək humanizminin təzahürü olan bu qərar həm də ölkədə vətəndaş həmrəyliyinə verilən önəmin, vətəndaşlara yüksək diqqət və qayğının göstəricisidir. Sərəncamın digər xüsusiyyəti və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmançılıq hissi keçirənlər bağışlanırlar.
“Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı hüququn aliliyinə, insanların qanunlara əməl edərək davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən qiymətdir. Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər bundan sonra da davam etdiriləcək. Çünki belə tədbirlər ölkəmizdə ictimai-siyasi sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm təsir göstərir”, - deyə R.Qonaqov vurğulayıb.
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Əfv Sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.
Xəbəri paylaş
4918 dəfə oxunub.
Digər xəbərlər

29-08-2016, 01:23
Avstriya islama qarşı çıxdı
17-06-2017, 12:50
Belə sudan zəhərlənmək olar? - Girişi qadağan olunan su anbarı - VİDEO
5-08-2020, 19:17
Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib
1-05-2016, 10:41
Zaqatalada partlayış: polis kapitanı yaralandı
28-12-2015, 14:31
Rusiyalıları İŞİD-a qoşmaq istəyən azərbaycanlı qadın tapıldı
23-02-2022, 09:03
Behiştin sakini olacaq 14 kateqoriya insan
16-03-2017, 21:21
Sınaq imtahanları üçün ödəniş məbləği belə olacaq
1-09-2017, 10:27
Bakıda telefonla danışan avtobus sürücüsü qəza törətdi - 11 YARALI
1-09-2018, 15:39
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... - Sabirabadda şok
20-06-2021, 12:09
Bədəndə xal olması insana Allah yanında bir üstünlük gətirirmi və onu qeyri-adi edirmi?