Ərdoğandan savaş anonsu: Vaxt çatdı
Tarix: 21-07-2015 | Saat: 00:31
Bölmə:M / Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər
Türkiyə prezientinin bu açıqlamasından sonra ordu səfərbər edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan edib.
"Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə vurğulamaq istəyirəm", - Türkiyə prezidenti bəyan edib.
Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib.
Türkiyə ordusu tamamilə hərəkətə keçdi (FOTO)
Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu da açıqlama verib. O bildirib ki, Suruç rayonundakı terror aktı İŞİD terrorçu qruplaşmasının üzvü tərəfindən həyata keçirilib.
Əlavə məlumat bu linkdə: Türkiyədə 27 nəfəri belə partlatdılar (VİDEO, FOTO)
Türkiyə prezidenti və baş naziri Rəcəb Tayyib Ərdoğan, Əhməd Daudoğlu
Bu gün Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda Amara mədəniyyət mərkəzinin qarşısında toplaşan gənclər arasında 18 yaşlı İŞİD-çi qız özünü partladıb. Güclü partlayış zamanı ölənlərin sayı 30 nəfərə çatıb. 100-dən çox yaralının olduğu bildirilir. Müxtəlif xəstəxanalara yerləşdirilən yaralıların çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Türkiyədə terror aktı törədilərkən Suriyanın Kobani şəhərində də partlayış baş verib. Bu isə hər iki partlayışın bir-biri ilə bağlılığının olması şübhələrini yaradıb.
Şanlıurfa vilayətindəki terror aktının videosu
Terror aktından sonra Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə yerləşdirilən tank, haubitsalar, raket və topların istiqamətini Suriya tərəfinə çevrib. Sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib. Bütün hərbi texnika səfərbər edilib.
Partlayışdan sonrakı görüntülər
[media=https://youtu.be/F77U9Bvxrfc]
Xəbəri paylaş
8488 dəfə oxunub.
Digər xəbərlər

2-12-2015, 14:46
Nazirlikdən qar xəbərdarlığı - Temperatur 10 dərəcə aşağı düşəcək
19-04-2016, 14:20
Bakı Vaşinqtonla əməkdaşlığı gücləndirir
10-05-2016, 15:06
Namazov özünü asdı
1-02-2022, 11:50
Hadisə üzük qalmaqalından sonra nişanlısını "sildi"
10-08-2015, 17:02
"Övladlarıma bunu açıqlaya bilmirəm" - Emin
14-04-2022, 13:28
Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədovun əməlləri... - Direktorun dəyəri milyonlar olan “SLAYT” restoranı...
29-01-2017, 22:41
“Reynaldo üçün darıxıram…” - “Qarabağ”ın prezidenti
10-09-2016, 23:12
Aparıcı Vüsalə: "Kişiliyin olsa burada qadınla ..." - FOTO
15-08-2021, 09:36
Cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər - Fotolar
25-06-2017, 11:42
Ramazan bayramı günlərində hava isti, küləkli olacaq