Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Tarix: 12-03-2019 | Saat: 08:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Xəbəraz.Az xəbər verir ki, xalq təqvimi ilə Yel çərşənbəsi Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü çərşənbədir.

İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir.

 

Ona xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" də deyilir.

 

İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eldib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.

 

Yel çərşənbəsi günü də tonqallar qalanmalıdır.

 

Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.  Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. 

Martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___