Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Palmali” “Lukoil”i məhkəməyə verdi
Tarix: 05-03-2019 | Saat: 16:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Palmali Kaspiyskie Morskie Proektı” (Palmali Xəzər dəniz layihələri) MMC və şirkətin rəhbəri Vitaliya Olevinski “Lukoil-Nijnevoljskneft” MMC-yə qarşı məhkəmədə  317,2 milyon rublluq iddia qaldırıb.Sənədlərə Rusiyanın Həştərxan vilayətinin Arbitraj Məhkəməsi baxacaq.
“Casebook” sisteminin informasiyasına əsasən, А06-1523/2019 saylı iş icarə müqaviləsinin şərtlərinin lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədardır.
“Lukoil”in törəmə şirkəti hüquqi xidmətlərə görə 21 milyon rubldan çox xərc ödəyəcək. İddiaçı tərəfin saytı yazır ki, onun əsas fəaliyyət sahəsi – yüklərin, o cümlədən, neft və neft məhsullarının dənizlə daşınmasıdır. Hazırda “Palmali” müflisləşmə astanasındadır və bununla əlaqədar (А53-32687/2017 saylı iş üzrə) müsabiqə müəssisəsi yaradılıb.
“Sberbank” “Palmali” şirkətinin ən iri kreditorudur. Şirkətin ümumi borcunun (“Casebook” sisteminin məlumatlarına görə, 23,1 milyard rubl) 13 milyard rublu məhz adıçəkilən bankın payına düşür. Şirkətin faktiki olaraq 58 gəmidən ibarət bütün donanması kredit təşkilatının girovundadır.
“Palmali Kaspiyskie Morskie Proektı” MMC (Rostov qeydiyyatlı) Türkiyənin “Palmali” şirkətlər qrupuna daxildir və Volqa-Don hövzəsinin ən iri  daşıyıcılardan sayılırdı.  
2018-ci ilin aprel ayında “Lukoil-Bunker” MMC-nin təşəbbüsü ilə Rostov Arbitraj Məhkəməsi “Palmali” üzərində müşahidə proseduru tətbiq edib. Bundan sonra onlarla kredit təşkilatı şirkətə qarşı borcla bağlı iradlar irəli sürüb.
“Lukoil-Nijnevoljskneft” MMC Xəzər dənizi və Azov dənizinin akvatoriyasında neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan ən iri neft şirkətlərindəndir.


Xəbəri paylaş

4208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___