BQXK Dilqəm və Şahbaza baş çəkdi
Tarix: 28-02-2019 | Saat: 12:32
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri fevral ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
2448 dəfə oxunub.
Digər xəbərlər

31-05-2017, 23:56
“Arvad mənimdir, özüm bilərəm!” - Aytəni döyən futbolçu +Foto
31-10-2015, 11:51
Ramiz Mehdiyevin məqalələrini ölkə ictimaiyyəti necə qiymətləndirir?
9-01-2017, 15:03
Bakıda kriminal qruplaşmalar arasında atışma
17-03-2017, 23:33
Tramp və Merkel bir-birlərinə əl vermədi - VİDEO
27-11-2017, 10:29
Trendin millisi, memin şiti…
24-07-2015, 12:17
6 ayda Azərbaycanda qəzalar 34 uşağı öldürdü (VİDEO)
27-09-2016, 02:05
KÖVRƏK VƏ XOŞ XATİRƏLƏRLƏ DOLU SƏFƏRİM BAŞA ÇATDI!
11-08-2019, 12:38
Macarıstanda Ramil Səfərova yardımdan imtina edən azərbaycanlı hakim və prokurorlar... - Vəkildən ŞOK AÇIQLAMA
22-08-2018, 16:25
Kartdan təqaüd pulunu oğurlayan şəxs tutuldu - Sabirabadda
13-10-2015, 20:24
Azərbaycanda yeni hərbi hissə açıldı — FOTOLAR