Bu gün su çərşənbəsidir
Tarix: 26-02-2019 | Saat: 11:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Fevralın 21-dən xalq təqvimi ilə qışın son çağı - Boz ay başlayıb.Boz ay martın 21-dək davam edəcək.Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.
Bu gün Novruz bayramının gəlişini yaxınlaşdıran ilk çərşənbədir - su çərşənbəsi.
Novruz bayramına qədər 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara Boz ayın çərşənbələri də deyirlər.
Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Bütün çərşənbə axşamlarında od-ocaq qalanması əsas mərasim hesab edilir. Tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin simvoludur.
El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.
İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.
Xalq mövhumuna əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sıraına daxildir.
Bununla insanlar su ilə ünsiyyətdə olu, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

15-03-2021, 14:51
Ərini öldürən qadın barədə həbs qərarı verildi
28-11-2018, 16:54
Qənirə Paşayeva əməliyyat olundu-Türkiyədə
15-11-2017, 11:39
Məktəbdə şagirdlər dava etdi, xadimə öldü
16-04-2018, 16:27
Adi kələmin ürək üçün inanılmaz faydası. Hər gün yeyin!
4-10-2016, 22:18
Kənan M.M şairi söydü: “Sənin...” - Foto
11-11-2019, 13:23
Adil Vəliyev 280 min rüşvətlə tutulan işçisini azadlığa çıxardı
31-05-2017, 12:45
Baş Prokurorluqdan Əfqan Muxtarlı barədə AÇIQLAMA
31-05-2016, 12:53
Samirə Mustafayeva ATV-dən getdi...