Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
Tarix: 19-02-2019 | Saat: 11:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Fevralın 20-si səhər saatlarından başlayaraq, respublika ərazisində yağıntılar kəsiləcək və havanın temperaturu bir neçə dərəcə yüksələcək. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dünən axşamdan və fevralın 19-na keçən gecədən başlayaraq, Rusiyadan hərəkət edən siklonla bağlı olan soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində havanın temperaturu 8-10 dərəcə aşağı enib.
“Respublikanın Böyük Qafqazda yerləşən rayonlarında düşən yağıntının miqdarı 4-11 mm olub. Yağan qarın hündürlüyü Altıağacda 14 sm, Qubada 11 sm, Şahdağda 10 sm, Qusar və Xınalıqda 7 sm, Qrızda 6 sm, Mərəzədə 3 sm, İsmayıllıda isə 1 sm-dir”.
O bildirib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında sulu qarın yağması davam edəcək:
“Şəhərətrafı ərazilərdə və Bakı şəhərinin nisbətən yüksək olan hissələrində axşama doğru zəif qar örtüyü əmələ gələ bilər”.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

22-09-2023, 09:12
Şəhid olduğu bildirilən XTQ zabiti sağdır – Görün hardan tapıldı - FOTO
18-12-2016, 12:28
İstanbulda qorxudan partlayış
29-07-2019, 15:31
Yollara quraşdırılan maketlərlə bağlı DYP-dən xəbərdarlıq
8-04-2020, 12:35
Rayon və şəhərlər üzrə işsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri
19-02-2016, 13:33
Türkləri qəzəbləndirən rus futbolçuya ağır cəza
1-09-2015, 17:51
Sarkisyan Qarabağdadır
3-10-2015, 16:05
“Cihad gəlinləri” üçün davranış qaydaları
11-03-2019, 11:53
Uşaqpulunun bərpası üçün hökumətə təklif verildi