Piyadanı vurub qaçan “Laçın”ın sahibinin oğluymuş... - YENİLƏNİB
Tarix: 11-02-2019 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan bildirilib.
Belə ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin mərhum sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb.
Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.
Xəbəri paylaş
6628 dəfə oxunub.
Digər xəbərlər

16-07-2016, 19:18
Türkiyə xalqına XƏBƏRDARLIQ: Yeni qiyam ola bilər
14-10-2021, 11:22
Kommunal xidmət kartlarına onlayn pul YÜKLƏMƏK OLAR? - AÇIQLAMA
9-02-2016, 16:33
Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verdi
15-02-2022, 11:28
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
10-05-2019, 15:41
Mxitaryan Bakıya gələcək?
2-08-2023, 13:40
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq
3-01-2019, 23:07
Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayırım İNK-nın Ordeni ilə təltif olundu.
22-04-2021, 00:44
Pakistanda partlayış, ölənlər var
21-03-2016, 12:34
Vəfa Zeynalovanı bir də belə görün - FOTO
21-08-2015, 13:32
Oruc Zalov: “Razılaşdırılmamış tədbirlərin qarşısı alınacaq”