Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlılar daha çox nələrdən narazıdır?
Tarix: 08-02-2019 | Saat: 10:43
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

 
Keçən il Prezident Administrasiyasına müraciətlər sırasına daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir.
Bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov  rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb. 

Şöbə müdiri bildirib ki, ümumiyyətlə, 2018-ci ildə daxil olan müraciətlərin ümumi sayının vətəndaşlar üçün vacib olan bir çox mövzular üzrə azaldığı xüsusi qeyd edilməlidir: "Bunlar dövlət quruculuğu və qanunvericilik, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı, korrupsiya ilə bağlı məsələlər, şəhər, rayon İHB aparatlarının fəaliyyəti, kənd təsərrüfatı məsələləri, o cümlədən kənd təsərrüfatı üçün kreditlərin və torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların tədarükü, emalı və satışı, meliorasiya və su təsərrüfatı məsələləri, habelə ipoteka və fərdi kreditlərin verilməsi, xaricdə təhsil, test imtahanları, təhsil haqqı və köçürmələr, diplomların verilməsi və tanınması, gənclik və idman, informasiya resursları və onların təhlükəsizliyi, ekologiya, yaşıllıqların və meşələrin mühafizəsi, müdafiə, orduya çağırış, hərbi qulluqçuların sosial müdafiəsi, əmək mübahisələri və işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, istilik təchizatı, elektrik sayğaclarının ­quraşdırılması, sosial mənzillə təmin olunma, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, yerli orqanlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması, miqrasiya və sair məsələlərdir. Əvvəlki ilə nisbətən şikayətlərin az daxil olduğu sahələrdən biri vətəndaşlarımız üçün çox aktual olan təhsil məsələləridir və bunun üzərində bir qədər ətraflı dayanmaq lazım gəlir. Son illər bu sahədə aparılan ciddi struktur islahatları və təhsilin keyfiyyətini yüksəltmək üçün həyata keçirilən dəyişikliklər nəticəsində bu mövzuda müraciətlərin artımı müşahidə olunurdusa, islahatların tədricən başa çatması artıq öz bəhrəsini verməkdə və bununla bağlı müraciətlər azalmaqdadır. Kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan meliorasiya və su təsərrüfatı məsələlərinə aid müraciətlərin sayının ötən il 6,2 faiz azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir. Son 15 ildə tikilən və tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Tovuzçay, Şəmkirçay, Göytəpə su anbarlarının, suvarma kanallarının və subartezian quyularının istifadəyə verilməsi həm yeni yaradılan aqroparkların, həm də fərdi fermer təsərrüfatlarının su təchizatında olan problemlərin həllinə imkan verib”.


Xəbəri paylaş

3988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___