Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid ailələrinə birdəfəlik müavinət üzrə növbəti ödəniş tranşına start verildi
Tarix: 31-01-2019 | Saat: 11:08
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiyanın növbəti iclası keçirilib və 661 şəhid hərbi qulluqçunun 954 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Nazirlikdən daxil olan məlumata görə, qəbul olunan qərar əsasında ödənişin həyata keçirilməsi üçün vərəsələrin siyahısı aidiyyəti quruma göndərilib.
Birdəfəlik ödəmə - 11 min manat vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada SMS-bildiriş göndəriləcək.
Bununla da indiyədək artıq 3 min 758 şəhidin 5 min 144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3 min 100 şəhid üzrə 4 min 200 vərəsəyə ödəniş edilib.
Xatırladaq ki, prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2 min725 nəfərin (o cümlədən, vərəsələri 11 min manatdan az sığorta ödənişi almış 2 min 264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib.
Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 min 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.


Xəbəri paylaş

3578 dəfə oxunub.

Digər xəbərlər
7-06-2016, 06:26 Ramazan ayı başlayır

bütün xəbərlər
____ Instagram ___