Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmur yalanı, məzlumun ocağını söndürür...
Tarix: 21-01-2019 | Saat: 15:55
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ötən ilin sentyabr ayında "Xeberaz.az" saytının redaksiyasına müraciət etmiş vətəndaş Təranə Hüseynova yaşadığı ərazidə, yəni İ.Səfərli 41 ünvanına cavabdehlik daşıyan 42 saylı ərazinin sahə müvəkkili Hicran Xudafrimovun qeyri-qanuni davranışlarından, hərəkət və hərəkətsizliyindən şikayət etmişdi. Şikayətçimiz müraciətində qeyd etmişdir ki, yaşadığı ümümi həyətdə qonşusunun qeyri-qanuni (vergidən yayınmaq halı) saxladığı kirayişinləri ona qonşu olan mənzildə əxlaqsızlıq yuvası yaratmışlar. Gecənin müxtəlif saatlarında, müxtəlif kişilərin həyətə ayaq açmasından və bu zəmində yaranan əxlaqsız davranışlarından narahat olduğunu söylədi. Faktla bağlı sahə müvəkilli H.Xidapirimovla əladə saxlamışdıq. H.Xudapirimov şikayətçimiz T. Hüseynovanın ərizəsində qeyd olunanların yalan, orada yaşayan qadınların ev sahibinin yaxın qohumları olduğunu bildirmişdir. Yəni açıq-aşkar mətbuata yalan məlumat verməkdən çəkinməmişdi. Qadınlar haqqlarında şikayət olunmasından bərk qəzəblənib, T.Hüseynovanın əmlakına və səhhətinə xəsarət yetirmək qərarına gəlirlər. Bu məqsədlə Təranə xanının mənzilinin önündə yetişdirdiyi çox qiymətli çiçəkləri məhv edib, özünə hücum edirlər. Hətta ölümlə belə təhdid edirlər. Baş verənlərlə bağlı Təranə xanım Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə müraciət edir. Müraciəti 26-cı polis bölməsinə yönləndirilir və oradan da sahə müvəkkilu H.Xudapirimovun icraatına verilir. H.Xudapirimov sanki çoxdan bu fürsəti gözləyirmiş kimi bu qadınlar vasitəsi ilə şikayətçinizin həyatını əsl cəhənnəmə çevirir. Vəziyyət elə bir hal alır ki, Təranə xanım çörək almaq məqsədi ilə 26-cı polis bölməsi əmkdaşının müşayəti ilə çıxmalı olur. Qadınlar (istintaq getdiyi üçün adlar açıqlanmır) vəziyyətin dəyişdiyini görüb, düşmənçilik planlarını da dəyişirlər. T.Hüseynovanın söylədiyinə əsasən qadınlardan biri "gedib 50 manat verib ekspert rəyi alacam ki, məni bıçaqlamısan".T.Hüseynovanın çiçəklərinə qulluq etmək üçün dibçəyin dibinə basdırılmış bıçağı cinayət predmeti göstərməklə,  həqiqətən də rəy ala bilir. Hadisələrin maraqlı tərəfi isə ondan ibarətdir ki, Təranə xanımın həqiqətən döyülmə faktı olduğu halda, əmlakına maddi ziyanlıq vurulduğu halda, evinə gəlmiş qonaqlara hücum edildiyi halda 26-cı polis bölməsi səssiz qalmağı daha üstün tutub. Bununla bağlı çoxlu sayda faktlar söyləmək olar. Lakin biz məsələnin mahiyyətini tam təfərrüatı ilə verməyi məqsədə müvafiq hesab etmirik. Digər tərəfdən isə bir faktı diqqətə çatdırmaq istəyiruk ki, haqqında bəhs etdiyimiz Təranə Hüseynova Sakura Azərbaycan Yaponiya İB-nin sədridi və hüquqi şəxsdir. Bəhs etdiyimiz ünvan isə birliyin hüquqi ünvanıdır. Təranə xanım birliyə rəhbərlik edəndən saysız-hesabsız Yapon iş adamlarını, investitorları, yapon turistləri ölkəyə cəlb edib. Onun Azərbaycanın dövlətçilik pirinsiplərinin dünyaya yayılmasında böyük xidmətləri vardır. Ölkəyə gələn yapon vətəndaşları Təranə xanımla görüşlərə can atır. Lakin onun işinə  kimlərin vasitəsi ilə yaradılan süni əngəllər əsla başa düşülən deyil. Ən maraqlısı da ondan ibarətdir ki, bu əngəlləri yaradan h. Xudapirimovun qərəzli davranışları birinci dəfə deyil. Bəlkə də bu yazımızdan sonra H.Xudapirimov qəzəblənib bizə də süni əngəllər yaratmaq qərarına gələ bilər. Lakin bir bir həqiqəti bilirik ki, mətbuat dövlətin güzgüsüdür. Dövlətimiz isə mətbuata yalan məlumat verən məmurunu bağışlamır. Necə ki, ulu öndərimizin söylədiyi kimi. "Dövləti iki şey sarsıdar. Günahkar cəzasız qalanda. Günahsız haqsız cəzalandırılanda"
Tərifə Şükürqızı


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___