Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
" Azərsu rəhbərliyi Yasamal sakinlərini SOMALİYƏ bərabərmi tutur?"
Tarix: 14-01-2019 | Saat: 14:38
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Sudan istifadə edənlərin hüquqları və vəzifələri
 

Maddə 43. Sudan istifadə edənlərin hüquqları

 

Sudan istifadə edənlərin aşağıdakı hüquqları vardır:

sudan təkrar istifadə etmək;

su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;

istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq;

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;

Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Bu yuxarıda qeyd edilənlər AR.Su Məcəlləsində qeyd edilmişdir. 
Lakin çox təəssüf ki, Azərsu ASC-nin Yasamal Su-kanal idarəsinin rəhbərliyi nəinki mənsub olduğu dövlətin qanunlarına əməl etmir, hətta evində həran körpəsinə və xəstəsinə vacib olan , qan bir, canbir olan soydaşına belə canı yanmır. Budurmu vətəndaşa xidmətin göstəricisi?
 Redaksiyamıza haqlı olaraq müraciət edən Yasamal rayon Rahim Tağıyev küçəsinin çoxsaylı sakinləri uzun müddətdir içməli su sarıdan vaxtaşırı əziyyət çəkdiyini bildirirlər. Onlar Hətta AZƏRSU ASC-nin qaynar xətt operatorlarının yalan vədlərindən təngə gəldiyini vurğulayırlar. Belə yaranmış vəziyyəti Yasamal sakinləri artıq Somali və Hindistanın Mumbay -Bambey sakinlərindən heç də geri qalmadıqlarını da bildirirlər. Axı bizim ölkənin kifayət qədər içməli su ehtiyatları, Ceyranbatan , Şollar,  Oğuz-Qəbələ -Bakı su kəmərləri mövcuddur. Sakinlər yaranmış bu vəziyyəti Avtoyuma məntəqələri istiqamətinə çəkilən xətlərdə yüksək təzyiq yaratmaq məqsədilə onların yaşadığı massivə gedən su kəmərlərindəki ventillərin  tam yox, yarımaçılı vəziyyət alması ilə də izah edirlər. Bu fikir sözün əsl mənasında həqiqətə uyğundur. Görünür Yasamal SU KANAL RƏHBƏRLİYİ AVTOYUMA MƏNTƏQƏ rəhbərləri və digər ictimai iaşə xidmət sahə rəhbərliyi ilə "razılaşma"-lara yol verir. Axı bunun adını başqa nəcür qoyaq?...
Necə olur ki, adıçəkilən xidmət sahələrində su şırnaklarında yüksək təzyiqdə su olur, ancaq əhaliyə verilən su xəttində problemlər yaşanır? Bütün bunlarsa onu söyləməyə və qeyd eləməyə əsas verir ki, Azərsu adlı qurum, tabeliyindəki Yasamal Su-kanal Rəhbərliyinin bu yarıtmaz fəaliyyətini ya görmür, ya da Su-kanal rəhbərliyi gedib Azərsu ASC-nin hansısa şöbə müdirini  özü "görür"! 
Qeyd edək ki,
Su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir.

Mövzuya qayıdacağıq.



1398 dəfə oxunub.

Digər xəbərlər
23-03-2015, 12:48 Qubaya 35 sm qar yağdı
16-06-2017, 10:51 Əsgərimiz şəhid oldu

bütün xəbərlər
____ Instagram ___