Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağstafa Qaz İstismar İdarəsi -abonentlərinə Limiti sıfırlamadan kələk gəldi!
Tarix: 11-01-2019 | Saat: 20:20
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Artıq üçüncü ildir ki, Azərqaz İstehsalat Birliyinin əhaliyə istehlak etdiyi mavi yanacaq illik 1700 kubmetri 10 qəpikdən satılmaqla, bu limit bitdikdə isə həmin ilin son gününə, yəni 31 dekabr da nəzərə alınmaqla hər kubmetri ikiqat hesablanılaraq 20qəpiyə istehlak edilir. Mənzilində Kombi sistemi quraşdırmaqla qaz istifadə edən hər abonent ay üzrə 500 kub qaz işlədir, bu limit norma isə artıq 3ay yarım keçdikdən sonra ilin qalan 8ay yarımını hər kubmetr üçün Azəriqazın mənsub olduğu aidiyyatı rayon Qaz İstismar idarəsinin balansına kub metri 20qəpik qiymətilə ödəniş etməli olur. Bir sözlə bu rəqəm artıq 5O Kubmetr üçün 50 manat deyil, 100 manat pul ödəmək məcburiyyətində olur. Ağstafa rayon Aşağı Kəsəmən kənd sakinləri redaksiyamıza ilgincdolu  şikayətlə bildirirlər ki, Qazın limitdən artıq istifadəsi 31dekabrda bitsə də, Ağstafa Qaz İstismar Sahəsinin əməkdaşları onlara məxsus qaz sayğaclarının üzərindəki rəqəmləri sıfırlamamış, yəni 1yanvar 2019-cu il tarixində bu proseduru həyata keçirməmiş bütün abonentlərdən qazın hər kubmetrini 10 qəpiklə deyil, Yanvarın 10-u tarixində hər abonentin qapısına gələrək fərdi yaşayış evlərindəki qaz xəttində quraşdırılmış elektron  smartfon deyil, rəqəmsal olan qaz sayğacına baxış keçirərək Yanvarın keçən bu 10 gününü istifadə olunan qazın kubmetrini əbəs yerə 20qəpiklə hesablayıb ödənişi tələb edirlər. Bu isə Nəinki Azəriqaz İstehsalat Birliyinin Abonent müqaviləsinin tələblərini pozmuş, hətta vəzifədən sui-istifadə etməklə çoxsaylı vətəndaşıarı aldadaraq pullarını mənimsəmişlər. Vətəndaşlar bildirir ki, istehlak etdikləri qazın sayğacı bilərəkdən smart tipli təşkil edilmir ki , o cür olsa ödəmə vasitəsi olan Plastik kartla aldadılmadan kartın sıfırlanmış funksiyası işə düşər, oraya ödəmə terminalından ödəyəcəyi pulun müqabilində ilin ilk günündən 20 qəpik deyil , yeni limit olan 1700 kubmetr olmaqla 10 qəpikdən hesablanar. Ancaq indiki vəziyyətdə isə bu rəqəmsal sayğaca gəlib nəzarət edib qeydiyyat aparan Qaz idarəsinin əməkdaşları ilk iş həftəsi 3yanvardan işə çıxsalar da növbəli şəkildə rayonu növbə ilə kəndbəkənd gəzərək hər evin qaz xəttindəki rəqəmsal sayğacın göstəricilərini sıfırlamadan köhnə, yəni keçənilki limitdən artığ olan ikiqat hesablanan pulu onlardan almışlar.Görünür Ağstafa rayon Qaz İstismar idarəsinin rəhbərliyinin "tapşırığı"  altında onun "pul yığanları" 35 kəndi olan rayonun 10 mindən çox abonentini  savadsız hesab edərək bucür aldatmaqla pullar mənimsəmişlər. 
Bu istiqamətdə araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 Xəyyam Ayətoğlu.


Xəbəri paylaş

7078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___