Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Tarix: 08-01-2019 | Saat: 11:46
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Vərəsəlik hüququndan irəli gələrək ata mülkündən miras payı əldə etmək istəyən Qafarova Cəmilə Ağaşirin qızı artıq 16 aydır ki, Şirvan şəhərində mövcud olan üç növlü məhkəmə hakimlərinin süründürməçiliyinə və ədalətsizliyinə düçar olmuşdur. Belə ki, ilkin olaraq aşağı instansiya məhkəməsi olan Şirvan şəhər məhkəməsi onun ata mülkündən miras payının bölünməsi iddiasını təmin etməmişdir. Bunun səbəbi isə Hakim Ziya Əliyevin miras mülk sahibi Qafarov Ağaşirin Məhəmməd oğlunun adına olan həmin evə dair hər hansı sənədin təqdim etmədiyi üçün ələlxüsus Daşınmaz Əmlakın Reyestri Xidmətinə düzgün sorğu göndərməyərək Qafarova Cəmilə Ağaşirin qızına guya bu evə dair bir huquqverici sənədin olmazlığını bildirərək 28noyabr, 2017-ci ildə onun xeyrinə olmayan Qətnamə çıxartmışdır. İddiaçı isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinə ərizə ilə müracət etmiş, bunun müqabilində isə 4 vərəqdən ibarət çertyojlu və möhürlü Ünvanı isə Şirvan Şəhər Əzizbəyov küçəsi 45 yazılan , 0.06 ha sahədə, yaşayış hissəsi isə ümumi 112, 8 kv.metr olmaqla 1967-ci ildə tikilmiş fərdi həyətyanı evin Texniki Pasport sənədini allıb vətəndaş yenidən məhkəməyə çıxıb miras payını xahiş eləsə də Hakim Ziya Əliyev bu Texniki pasportun hüquqi əsas hesab eləməmiş və iddiaçıya Kupça sənədinin əldə etməyi tövsiyyə edərək heçbir vaxt müddəti vermədən, ən əsası da bu işdə cavabdeh olan Qafarov Əliqismət Ağaşirin oğlunun məhkəmə zalına gəlmədiyi halda Qafarova Cəmilənin xeyrinə olmayan Qətnamə Çıxartmışdır. Bu isə bir sıra qaranlıq məqamları özündə ehtiva edir.Onu da xüsusilə qeyd edək ki, həmin evə dair Şirvan Şəhər Dövlət Arxiv idarəsinin 1983-cü il Şirvan İcraiyyə Komitəsinin Tərtib elədiyi Protokolunda qeyd edilmişdir ki: “Şirvan şəhər Əzizbəyov Küçəsində tikilən 45 nömrəli ev Vətəndaş Qafarov Ağaşirin Məhəmməd oğlunun adına sənədləşdirilsin”. Və iddiaçı Qafarova Cəmilə Ağaşirin qızı bu rəsmi dövlət sənədini də Yerli Şirvan Şəhər Məhkəmələrinə təqdim etsə də , bu sənəddə göstərilən sənədləşdirilsin sözünü belə Məhkəmə proseslərində cavabdeh qismində iştirak edən DƏDRX-nin 13 saylı Şirvan idarəsinin nümayəndələrinə nə tapşırıq verdi, nə də bir irad tutmadı. Halbuki, öz üzərinə düşən bu sənədləşmə işini adı çəkilən bu aidiyyatı qurum-13saylı Şirvan İdarəsi 35 il ərzində çoxdan həyata keçirtməli idi. Fotoları da sizə təqdim edirik.
Çox təəssüf ki , keçən 35 illik bir zaman aralığında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 13 saylı Şivan ərazi xidmət idarəsi tərtib edib hazırlamamışdır. Bunun özü isə öz növbəsində böyük bir qanunpozuntusu deməkdir.
Daha Sonra iddiaçı Qafarova Cəmilə yenidən məhkəməyə ata mülkünə hüquqi əsas verən sənədi təqdim etmək üçün Şirvan 13saylı Daşınmaz Əmlakın Dövlət Reyestri idarəsinə müraciət edir. Kupça sənədinin tərtib olunması üçün Reyestr Xidməti idarəsininin rəhbərliyi həmin evdə ölçmə müayinə işləri aparıldıqdan sonra bu hüquqi əsas verən Kupça sənədinin tərtib olunmasını bildirmiş, həmin evə təhkim olunan mühəndis-texniki işçilərə cavabdeh olan Əliqismət Qafarov qəsdən heçbir şərait yaratmayaraq qapını açmaqdan boyun qaçıraraq böyük maneə əngəl yaratmışdır.
İddiaçı Qafarova Cəmilə bu barədə müvafiq iddia ərizəsi ilə yenidən başqa bir iddia ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edir. Bu dəfə isə Hakim Ziya Əliyev həmin evdə ölçmə müayinə işlərini həyata keçirməklə Kupça sənədinin hazırlanması üçün yaranmış bu maneə-əngəlin aradan qaldırılmasına dair İddiaçının xeyrinə oktyabr 2018-ci il tarixində Qətnamə çıxardır. Qarşı tərəf, yəni ölçmə işinə maneə yaradan cavabdeh Qafarov Əliqismət bu Qətnamədən Apellyasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmiş, işi icraata götürən hakim Zəki Babayev 29 noyabr, 2018-ci il tarixində baş tutan ilk məhkəmə prosesində Cavabdeh tərəfə bu cür sual verir: Vətəndaş Əliqismət Qafarov, siz niyə əngəl maneə yaradırsınız bacınızın miras payı almasına?
–Əliqismət isə cavabında bu ölçmə işinə maneə yaratmadığını bildirir. Bu gülməli səslənən cavaba hakim Zəki Babayev yenidən sualla müraciət edir: Bəs necə maneə yaratmırsınız ki, qapını açmırsınız Reyestr Xidməti İşçilərinə? Ən əsası, siz məgər istəmirsiniz ki, atanız Qafarov Ağaşirin Məhəmməd oğlunun mülkü Sənədləşdirilib Kupça tərtib olunsun?Cavabında isə Əliqismət Qafarov bir bəhanə gətirərək balaca sonbeşik qardaşlarının burada deyil Rusiyada olmasını bildirərək Yeni il bayramı ərəfəsinə onun vətənə gəlməsini bildirərək həmin dövrə qədər məhkəmə vaxtının uzadılmasını xahiş edir. Lakin həmin evin giriş qapısının açarları məhz burada olan digər qardaş Əliqismət Qafarovdadır və o bu evi ilk olaraq qeyri-qanuni kirayə vermiş, daha sonra özünə məxsus Real Ticarət Mağazası üçün əşya anbarına çevirmişdir. Hakim Zəki Babayev də bu “istəyi” nəzərə alaraq növbəti məhkəmə prosesini 27dekabr2018 ci il tarixinə müəyyən etmiş, Nəhayət bu tarixdə də keçirilən məhkəmə prosesində bu dəfə cavabdehlərin məhkəmə zalına açıq aşkar hörmətsizlik edərək gəlməməsinə bir irad belə tutmadı. İddiaçının Rəsmi -Etibarnamə ilə nümayəndəsi olaraq mən Qurbanlı Xəyyam Ayət oğluna bir neçə sual verdi. Hakim Zəki Babayevin mənə sualı belə oldu: Siz bu iddiayla nə istəyirsiniz?
Bir il yarım ərzində keçirilən məhkəmə proseslərində müvafiq ərizələrdən də açıq aşkar yazılaraq görünən vərəsəlik hüququndan irəli gələrək miras payını tələb edən şəxslərə bucür sualın verilməsi sözün əsl mənasında çox gülünc bir məqamı ortaya çıxartdı. Mən Hakim Zəki Babayevin xatirinə Vərəsəlik hüququndan irəli gələrək müvafiq Qanunvericilikdə nəzərdə tutulanları nəzərə alaraq ədalətli qərar çıxarılmağını, iddiaçının notarial etibarnamə üzrə nümayəndəsi olaraq ata mülkündən qanuni miras payını Hakimlər heyətindən bir daha xahiş elədim. Eləcə də bu dəfəki keçirilən məhkəmə prosesinə açıq aşkar hörmətsizlik nümayiş etdirən Qafarov Əliqismət Ağaşirin oğluna müvafiq iradın tutularaq qanunvericilikdə bu barədə nəzərdə tutulan sanksiyanın tətbiq edilməsini xahiş eləsəm də , Hakim Zəki Babayev nəinki bu haqlı tələbi yerinə yetirdi, hətta, Müşavirə zalına keçib bir neçə dəqiqədən sonra yenidən zala qayıdıb iddiaçı ata mülkündən öz halal miras payını almaq istəyən Cəmilə Qafarovanın deyil, bu işdə maneə əngəl yaradan Qafarov Əliqismətin xeyrinə Qərar elan elədi.
Bu cür ədalətsiz Qərarın çıxarılması isə heç gözlənilməz idi. Ən əsası ona görə ki, cavabdeh tərəf böyük sayğısızlıq nümayiş etdirərək məhkəmə zalına heçbir üzrlü səbəbdən də gəlməməyi bir yana, üstəlik də ata mülkündən qanuni miras payının bacısına verilməsinə və sözügedən mülkə dair hüquqverici sənədin tərtib olunmasına əngəl yaradan şəxsə heçbir tədbir görmədi.
Bu misilsiz ədalətsizliyə yol verən hakim Zəki Babayevə etdiyim haqlı etirazıma onun cavabı belə oldu: ” Yoldaş Qurbanlı, Azərbaycanda Məhkəmə üçpilləli sistem üzrədir, İndi də siz Ali məhkəməyə Kasassiya şikayəti ünvanlayın!”
İnanırıq ki, Məhkəmə hüquq şurası, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Cənab Fikrət Məmmədov Şirvan Şəhərindəki adıçəkilən Məhkəmə orqanlarında ədalət və qanunun aliliyi-şəffaflığına əməl etməyənləri şəxsi nəzarətinə götürərək rastlaşdığımız bu süründürməçilikdə bizə yardımçı olacaq. Cənab Nazir, mən bir vətəndaş olaraq sizdən kömək istəyirəm, İnanıram ki, edəcəyimiz Kasassiya şikayətimiz Ali məhkəmə zalında icraata götürülərək Vərəsəlik hüququndan irəli gələn miras payının əldə etməyimizçün şəffaf həllini taparaq ədalətli qərarı görəcəyik.
(Xəyyam Ayətoğlu)
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Zəki Babayev- Cavabdehin məhkəmə zalına gəlmədiyinə irad əvəzinə ,onun xeyrinə qərar çıxartdı! Bəs Ədliyyə Emblemindəki loqotipə ali hörmət və xidmət?
Paylaş
Paylaş


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___