Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qorbaçov ağır xəstəlikdən iflic oldu
Tarix: 17-07-2015 | Saat: 20:45
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Qorbaçov ağır xəstəlikdən iflic oldu
SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov qismən iflic olub.

Xeberaz.az modern.az-a istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, onun vəziyyəti stabil qiymətləndirilsə də, xoşagəlməz inkişaf da baş verə bilər. Qorbaçov hazırda Moskvanın ən yaxşı xəstəxanalarının birinin VİP şöbəsində nəzarət altındadır.

Mixail Qorbaçovun sağlamlığı onun bir müddət əvvəl vəfat edən Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primoakovun vida mərasimində iştirakına imkan verib, ancaq həmişə yanında həkimlər olub. Mənbənin məlumatına görə, qorbaçov faktiki olaraq hər gün səhərdən xəstəxanaya gəlir, palatada zəruri prosedurlardan keçirdi. Dünən axşam isə o evinə geri qayıdıb.

Qorbaçovun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, indi ağır xəstəlik səbəbindən qismən iflic olduğu bildirilir. “Həkimlər mənim yaxşı olmağım üçün hər şey edirlər, ancaq irəliləyiş hiss olunaq qədər deyil. Mən hərəkər edə bilmirəm, çox istərdim ki, yenidən hərəkət edim”, - SSRİ-nin ilk prezidenti deyib.

Onun köməkçisi isə deyib ki, Mixail Sergeyeviç yalnız bir sutkadır belə olub. Mütəxəssislər isə onun indiki vəziyyətə düşməsinin səbəbini insult keçirməsi ilə izah edirlər.


Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___