Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayırım İNK-nın Ordeni ilə təltif olundu.
Tarix: 03-01-2019 | Saat: 23:07
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər

2019-cu təqvim ilinin ilk iş günü Azərbaycanda İctimai Nəzarət Koalisiyası və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi üçün    möhtəşəm bir tədbirlə başladı. Beləki, Qardaş Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin İstanbul Millət vəkili,Akdeniz İçin Birlik Parlamenter Asamblesi Türk Grubu Başkanı Bayındırlık , İmar, Ulaştırma və Turizm Komisyonu Üyesi  Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq  Qrupu Başkanı -Şamil Ayırım  bir sıra nümayəndə heyətilə Ölkəmizə səfərə gəlmişdir. Səfərin ali məqsədi isə 2015-ci ilin oktyabrında Azərbaycanda Dövlət başçısı Cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan ,özündə bir sıra ictimai birlikləri, o cümlədən 100-dən artıq sosial şəbəkə portallarını birləşdirən İctimai Nəzarət Koalisiyası ilə yaxından tanış olmaq idi. Ali qonağı qarşılayan İctimai Nəzarət Koalisiyasının və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse Prezidenti Rasim Məmmədov onu və bir sıra nümayəndə heyətini Koalisiya Mərkəzinin binasına dəvət etdi. Burada yaradılan şəraitlə yaxından tanış olan ali qonaq İNK rəhbərliyinin müxtəlif dövrləri əhatə edən xidmətləri zamanı çəkilən fotoşəkillərdən təşkil olunmuş Sərgisi ilə  ocümlədən Mərkəzdə yaradılan İctimai Muzeydə Sərgilənən Müasir Azərbaycan Dövlətinin qurucusu, Ümummilli liderimiz Ulu öndər dahi Heydər Əliyev və onun layiqli siyasi varisi ölkə başçımız Cənab İlham Əliyevin Fotoşəkillərinə  baxış keçirildi.  "Azərbaycan" Nəşriyyatında İctimai Nəzarət Koalisiyası üçün yaradılmış Mərkəzlə yaxından tanış olan Türkiyəli Millət vəkili  burada Türkiyə-Azərbaycan  qardaşlıq və dostluq münasibətlərini əks etdirən fotosərgidən böyük məmnunluğunu bildirdi. Daha sonra İNK--sının Akt zalına toplaşmış bir sıra  dövlət nümayəndələri, incəsənət xadimləri və  bir sıra ictimai-siyasi xadimlər Koalisiyanın çoxsaylı üzvlərilə birgə İki ölkənin dövlət himnini dinlədikdən sonra Möhtəşəm tədbirə start verildi. Tədbiri giriş sözü ilə açan DAMM-i və İNK sədri Rasim Məmmədov Ali qonağı ölkəmizə təşrif buyurub səfər etdiyi üçün Qardaş ölkə rəhbərliyinə və nümayəndə heyətinə Xalqımız adından  salamlarını və xoş sözlərini çatdırdı. 
Daha sonra artıq 3 ildir Azərbaycan Dövlət başçısının böyük təşəbbüsü ilə yaradılan bu qurumun fəaliyyət mexanizmi ilə tanış etdi. Rasim Məmməfov Türkiyə -Azərbaycan birliyinin daim regionda və Dünyada baş verə biləcək hər hansı bir məsələdə qardaşlıq nümayiş etdirilməsini bir daha  gələn qonaqların nəzərinə çatdırdı. Ölkəmizin ali iqtisadi neft strategiyasının gerçəkləşməsində misilsiz rol oynayan Qardaş Türkiyə respublikasının rolunun əvəzsiz olduğunu bildirən Rasim Məmmədov dünyaşöhrətli dahi siyasətçi Heydər Əliyevin uzaqgörən siyasəti və dərin zəkası nəticədində Regionda əngüclü dövlətlərə çevrilməsi naminə apardığı xidmətləri bir daha ifadə elədi. Daha sonra söz ali mötəbər qonağa-Türkiyə Ali Millət Məclisinin Deputatı Şamil Ayırıma verildi. İki qardaş ölkə arasında münasibətlərin hərzaman parlaq təzahürdə mövcud olmasını ifadə edən ali qonaq bu iki dövlət və eyni millət olan Türkiyə-Azərbaycan birliyindən böyük fəxarət hissini keçirərək bu münasibətlərin gələcəkdə də uğurla möhkəmlənməsi naminə görüləcək işbirliklərindən də söz açdı. 
Qardaş ölkənin İstanbul şəhərini təmsil edən parlamentari cənab Şamil Ayırım nitq zamanı  onun  valideynlərinin və ailə üzvlərinin məhz ona doğma  olan Azərbaycanın Gədəbəy və Gəncə şəhərlərindən olmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı. 
Ali qonaq cənab Şamil Ayırım işlədiyi dövrdə həmçinin Qardaş ölkədəki Universitetlərdə təhsil alan gənclərimizin Bu qardaşlıq münasinətlərinin gələcəkdə də möhkəmlənərək  hər iki dövlətin daha da qüdrətli olacağını böyük əminliklə qeyd etdi. Daha sonra Tədbirin ən maraqçəkən hissəsi -İNK və DAMM-nin Təsis etdiyi "Qızıl döş nişanı "  Qurum rəhbəri Rasim Məmmədov tərəfindən gur alqış sədaları altında Ali qonağa təqdim edildi. 
Qardaş ölkə nümayəndəliyi tərəfindən ona göstərilən bu etimada və möhtəşəm təltifata görə ali qonaq cənab Şamil Ayırım Axərbaycan hökümət rəhbərliyi başda olmaqla İctimai Nəzarət Koalisiyası və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Rasim Məmmədova bir daha böyük ehtiramını və təşəkkürünü bildirdi. 
Daha sonra tədbirə qatılan bir sıra incəsənət ustalarının ifaları ilə möhtəşəm tədbirin bədii hissəsi də baş tutdu.
Tədbirin sonunda ənənəvi olaraq silsilə xatirə şəkilləri də çəkdirildi.

"Xəbəraz.az" üçün hazırladı: Xəyyam Qurbanlı.



Xəbəri paylaş

5118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___