Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azəriqaz”dan abonentlərin iddialarına CAVAB
Tarix: 03-01-2019 | Saat: 16:18
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Bu gün smart sayğaca yüklədiyim qazı sayğac 20 qəpikdən hesablayıb yarısını kəsdi. Əməliyyat 3 yanvar 2019-cu ildə baş verib”.
 
Bunu Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında bildirib.
 
Təxminən 3 saat vaxt itirib mümükün şikayət mexanizmlərindən istifadəyə cəhd etdiyini bildirən S.Məmmədov “"Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir” deyə iddia edib:
 
“Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika nazirliyinə şikayət göndərdim. Nazirlikdə bütün şikayət mexanimləri işləyir. Telefonla və on-line müraciət təqdim etdim. Sonra SOCAR-ın şikayət mexanizmdən istifadə etmək istədim. Deməli SOCAR-a on-line müraciət edəndə çoxsaylı suallara cavab verməlisən. Şükür etdim ki, xarici ölkədə qohumlarımın olub-olmamasını soruşmadılar (belə qrafa yoxdur daha doğrusu). Uzun cəhdlərdən sonra ora da şikayətimi yolladım. Gözləyirəm. Mövzuya qayıdacağam”.
 
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirib ki, Tarif Şurasının məsələ ilə bağlı son qərarına hansısa əlavə dəyişiklik edilməyib:
“1 yanvar 2019-cu ildən smartkarta aparılan ilk ödəniş əməliyyatlarından etibarən 1700 kubmetr qazın dəyəri 10 qəpikdən, 1700 kubmterdən artıq istifadə ediləcək qazın hər kubmetri isə 20 qəpikdən hesablanacaq”.
Qurum rəmisi bildirib ki, 10 qəpikdən hesablanan 1700 kubmterlik qaz hər il üçün 1 yanvar-31 dekabr tarixləri üçün nəzərdə tutulur:
 
“Yəni, əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2019-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.
 
İ.Kərbalayev deyib ki, borc və ödənişlərlə bağlı məlumatlarla tanış olmaq istəyən abonentlər “ASAN kommunal”a müraciət edə bilərlər:
 
“Qeyd edim ki, burada hər bir abonentin baza məlumatları saldo şəklində çıxarılaraq, ona təqdim edilir”.


Xəbəri paylaş

4848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___