Mehriban Əliyevanın adına saxta hesablar yaradılıb
Tarix: 25-12-2018 | Saat: 10:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycanın Birinci Vitse-Prezidentinin Katibliyi bəyanat yayıb.Bəyanatda qeyd olunur ki, son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb.
Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.
Bəyanatda bildirilir: "Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.
Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq".
Xəbəri paylaş
4218 dəfə oxunub.
Digər xəbərlər

7-08-2016, 14:00
Aygün Kazımova və Rəhim super şou göstərəcəklər – FOTO
10-06-2015, 12:50
İlk Avropa Oyunlarının Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasimi üçün bütün biletlər satılıb.
19-08-2018, 12:45
Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
14-01-2017, 10:41
Masallıda QƏRİBƏ OLAY - Evdə oturduqları yerdə... - VİDEO
11-02-2017, 20:29
Xalq artistinin qızı erotik klipə çəkildi - 18+ səhnələr - VİDEO
10-08-2016, 10:22
Abşeronda bir gecədə 3 mağaza qarət edilib
19-08-2015, 15:02
Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.
22-11-2018, 15:17
Məni işimə qısqana bilməz" - "Fəlakət"
29-07-2016, 15:53
Ayranın bilinməyən faydaları: Cinsi gücü...
20-12-2015, 00:24
Bu günə olan– Astroloji proqnoz