Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Onun yoxluğunu heç nə ilə əvəz etmək mümkün deyil...”- Aprel şəhidimizin atası...
Tarix: 20-12-2018 | Saat: 17:14
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Nurəddin Etimad oğlu Mirzəyevin doğum günüdür. Nurəddin Mirzəyev 1996-cı il dekabrın 20-də Yardımlı rayonunun Honuba kəndində anadan olub. Evin böyük oğlu olan şəhidimizin bir qardaşı və bacısı yadigar qalıb.  
Şəhidimizin atası Etimad Mirzəyev açıqlamasında Nurəddinlə bağlı xatirələrini bölüşüb:
“Aprel döyüşlərində şəhid olan hərbçilərimizin hamısı istedadlı uşaqlar idi.  Həmçinin Nurəddin də onlardan biri idi. Bu gün 22 yaşı tamam olur. Artıq üçüncü doğum günüdür ki, Nurəddinsiz qeyd edirik. Ata kimi əlbəttə övladımı itirmək mənə çətindir. Evdə onun yoxluğunu heç nə ilə əvəz etmək mümkün deyil. Amma yenə də bir təsəllim var ki, o, vətən yolunda şəhid oldu. Doğum günüylə bağlı bizi istəyən insanlar ziyarətə gəlir, bizi tək qoymurlar. Buna görə hamısına təşəkkür edirəm. Həmçinin sizlərə də təşəkkür edirəm ki, şəhidlərimizi həmişə yada salırsınız”.

Xatırladaq ki, şəhid Nurəddin Mirzəyev ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
(moderator.az)





Vasif Əlihüsey


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___