Gələn ildən dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı söz-söhbətlər gəzir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a deyib ki, gələn ildən dövlət xəstəxanalarında xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Bu, əhalini narahatlığa yönəldən təxribatçı bir məlumatdır. Amma icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dövlət xəstəxanalarının bir qismi ola bilər ki, publik hüquqi şəxsə çevrilsin. Publik hüquqi şəxs o demək deyil ki, pullu xidmət göstərəcək. Publik hüquqi şəxs o deməkdir ki, xəstəxanalar sığorta fəaliyyətinə cəlb olunacaq və vətəndaşın müayinə, müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək".
Deputat bildirib ki, ola bilər ki, sığorta qanunvericiliyində dəyişiklik olsun və müayinənin, müalicənin cüzi bir hissəsi vətəndaş tərəfindən ödənilsin.
"Sui-istifadə hallarının qarşısının alınması və nəzarət məqsədilə vətəndaş ödəniş edə bilər. Amma xəstəxanaların pullu olacağı ilə bağlı xəbərlər doğru deyil. Sadəcə olaraq, xəstəxanalar publik hüquqi şəxsə çevriləcək, vətəndaşın müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək. İndiki halda isə xəstəxanalar Tibbi Sığorta Agentliyi ilə müqavilə bağlaya bilmirlər. Çünki onların nizamnamə və əsasnaməsində xərcləri dövlət büdcəsi qarşılayır".
M.Quliyev qeyd edib ki, bütün dövlət xəstəxanaları birdən-birə publik hüquqi şəxsə çevrilməyəcək:
"Bu proses tədricən baş verəcək. Hər halda xəstəxanaların publik hüquqi şəxsə çevrilməsinin vətəndaşlara çox böyük xeyri olacaq. Tibbi xidmətin keyfiyyəti də artacaq, Tibbi Sığorta Agentliyi insanların bütün məsrəflərini qarşılayacaq. Vətəndaş isə əlini cibinə salası olmayacaq. Publik hüquqi şəxsə çevrilmək o demək deyil ki, xəstəxanalar özəl klinikalar kimi vətəndaşdan pul alacaqlar və daha sonra xidmət göstərəcək. Xeyr, belə bir şey olmayacaq. Ödəniş Tibbi Sığorta Agentliyi tərəfindən sığorta hesabına ödəniləcək".
Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputatdan Açıqlama
Tarix: 11-12-2018 | Saat: 17:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4698 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-12-2018 | Saat: 17:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
21-05-2015, 21:16
Səbr haqqında hədislər...
19-04-2018, 12:20
ATV-nin aparıcısına vəzifə verildi
20-01-2017, 18:38
Dəm qazı daha bir can aldı
17-03-2022, 12:55
Kiyevdə vurulan Rusiya raketi yaşayış binasına düşdü: Dağıntılar altında qalanlar var - VİDEO
14-07-2015, 12:39
"Rembo" İŞİD-lə döyüşəcək
1-08-2016, 11:35
Hamilə olan fahişə pulda razılaşmadı, intihar etmək istədi - Video
17-06-2015, 14:44
Tiflisdən qaçan pinqvin Azərbaycana gəldi
3-05-2015, 13:59
Yeniyetmə İŞİD-çi casus deyilən şəxsi güllələdi
11-05-2023, 11:00
Pensiyalar və sosial müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK