Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Buta Palace"-ın art-direktoru arvadını niyə öldürüb?-TƏFƏRRÜAT
Tarix: 11-12-2018 | Saat: 14:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Buta Palace"-ın art-direktorunun arvadını niyə öldürdüyü məlum olub.
Xəbəraz.Az Sputnik.az-a istinadən xəbər verir ki, ilkin araşdırma öz nəticəsini verib. R.Taxveli etiraf edib ki, gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıblar. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.
Qeyd edək ki, onların birgə nikahdan iki uşaqları var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

Münaqişə zamanı kişi həyat yoldaşını hərəkətlərinə görə qınayıb. Qətl də aralarındakı yanlış anlaşma səbəbindən baş verib.

Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

Polis saxlanılan şəxsin maşınına baxış zamanı içində ümumi çəkisi 5.647 qram marixuana olan kibrit qutusu tapıb. Faktla bağlı cinayət işi açılıb.


Xəbəri paylaş

1 3248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___