Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"
Tarix: 05-12-2018 | Saat: 12:40
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir".Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hər bir məmur milli dili bilməlidir: "Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.
PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: "Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır". 


Xəbəri paylaş

3948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___