Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik nümayəndələri “Coca-Cola” şirkətinə getdilər - Plastik qablar yığışdırılacaq?
Tarix: 05-12-2018 | Saat: 10:30
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Beynəlxalq ekoloji standartlara uyğun texnoloji proseslərlə tanışlıq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayındələri “Coca-Cola” şirkətinin dəvəti ilə müəssisədə olublar.

Nazirliyin nümayəndələrinə şirkətin istehsal prosesi, beynəlxalq ekoloji standartlar sahəsində nailiyyətləri, ölkənin ekoloji inkişafı və ətraf mühitin qorunması üçün həyata keçirilən layihələr təqdim edilib. İstehsal prosesində müasir innovativ üsullarla sərf olunan suyun həcminin azaldılması, səmərəli və qənaətlə istifadə proqramları, istehsal zamanı yaranan texniki suların müasir təmizləmə sistemindən keçirilərək tam təhlükəsiz formaya çatdırılması qaydaları haqqında bilgi verilib. 

Görüşdə mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində  fikir mübadiləsi aparılıb, plastik tullantıların çeşidlənməsi, təkrar emalı və utilizasiyası məsələləri, plastik qablaşdırmada ən böyük payı olan “Coca-Cola” şirkətinin bu sahədə üzərinə düşən məsuliyyəti və öhdəlikləri müzakirə edilib. 

Yeni yaşıllıq sahələrinin salınması, sudan səmərəli və qənaətlə istifadənin təşviqi, ətraf mühitin mühafizəsi sahəsində birgə ekoloji layihələrin həyata keçirilməsi üçün ümumi razılığa gəlinib.         

Sonra nazirliyin nümayəndələri “Coca-cola” şirkətinin istehsalat sahələri və ekoloji standartlara uyğun texnoloji proseslərlə tanış olublar. 


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
1-02-2019, 11:57 Aktyor özünə ev aldı

bütün xəbərlər
____ Instagram ___