Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdə sakinləri Əməliyyatçı-polisi dələduzluğda ittiham edir!
Tarix: 04-12-2018 | Saat: 03:21
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Redaksiyamıza müraciət edən Bərdə rayon sakini Kərimov Emin rayon Polis idarəsinin Əməliyyatçısı polis mayoru Ələkbərov Teymurun onları aldadaraq külli miqdarda pulunu mənimsəməsini bildirir. Zərərçəkmiş bu polis zabitinin əslən Masallı rayonundan olmaqla bu rayona təyinat alıb işləməsini qeyd edərək onu da bizə bildirirlər ki, Teymur adlı bu polis  Rayon sakini Səccad adlı şəxsin vasitəsilə guya Əlvan Metal qəbulu Tədarük məntəqəsi açıb birgə fəaliyyət göstərəcəkdilər. Bunun müqabilində isə ilk olaraq pərakəndə şəkildə ordan-burdan metal alınıb yığılması üçün əldə  xeyli pul olmağın gərəkliyini bildirmişdir. Zərərçəkmiş Kərimov Emini isə sözügedən polis zabiti tərəfindən  həmkəndlisi Səccadı dırnaqarası təlimatlandıraraq bir neçə bərdəli sakini inandıraraq onlardan ilkin olaraq 40 min manat almışdır. Bu vəsaiti isə Kərimov Emin onlara məxsus fərdi yaşayış evini təcili olaraq dəyər-dəyməzə olan qiymətə yəni 15min manata sataraq  həmin pulun üzərinə isə digər həmkəndlilərini bu işlə tanış edib o məbləği düzəldib Səccad vasitəsilə Polis mayoruna ötürmüş, ailə üzvlərini isə qohum-əqrəba yaşayan mənzildə müvəqqəti olaraq yerləşdirmiş, sonda isə böyük aldadılmağa məruz qalmışdır. Beləki, işə başlanılmasını bildirən Polis zabiti cənab Mayor, ilk olaraq Metal daşınmanı Emin vasitəsiylə avtomaşınla həyata keçirilməsi planlaşdırılsa da, ona hələ gözləmə mövqeyində dayanmağı tapşırığını vermiş, bu sürücülük işinə başqa şəxsin təyin edilməsini bildirmişdir. Artıq aylar keçdikdən sonra Kənd sakini Kərimov Emin açıq-aşkar aldadıldğını hiss edib pulunu geri istəsə də Polis mayoru onlara işlərin alınmamasını bəhanə gətirərək indi pulun qaytarılmasından boyun qaçırır.
Qeyd edək ki, zərərçəkmişlərin bu dələduzluq halı ilə bağlı əllərində kifayət qədər sübut telefon materialı  da vardır. 
Zərərçəkmiş redaksiyamıza digər zərərçəkmişlərin də olduğunu bildirərək ümumi zərər məbləğinin 140min manat civarında olduğunu söyləyir.
Bu mövzuda araşdırmalarımız davam edir, yazıda adıçəkilən cavabdeh tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
Mövzuya qayıdacağıq.

Xəyyam Ayətoğlu.


Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___