"Vatsap" sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.
Qasımov Fariz Mürvət oğludur. Həmin şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumatı təsdiqləyib. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: "Vətəndaş səmimi olaraq peşmançılığını bildirib və belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini etiraf edib".
Qeyd edək ki, Vatsapda yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənib. Səs yazısını yayan F.Qasımov bildirib ki, özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir. (report)
"Vatsap"da DYP rəisi haqqında səs yayan şəxs HƏBS EDİLDİ - RƏSMİ
Tarix: 30-11-2018 | Saat: 16:54
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5338 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-11-2018 | Saat: 16:54
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
18-12-2016, 16:49
Xərçəng hüceyrələrini öldürən təbii qarışıq
6-11-2017, 09:18
Azərbaycanda pasiyentlərə yeni hüquqlar verilə bilər
21-06-2015, 00:03
Azərbaycanda dəhşət: 2 uşağın başını kəsdilər
29-09-2022, 11:08
Masallıda maşın kanala aşdı, ölənlər var - Biri polisdir - FOTO
14-06-2016, 16:29
Telli Borçalı 17 yaş kiçik sevgilisi ilə ailə qurur - Foto
13-01-2016, 20:35
Mübariz Qurbanlı Nardaranda
24-08-2017, 17:43
Bakıda insanları aldadıb tora salan polis bandası: ADLAR AÇIQLANDI
29-05-2018, 14:13
Xırdalanda evlərdən silsilə oğurluqlar edən şəxslər tutulub
26-03-2019, 12:14
1000 mağaza, 200 milyon manat... - “Diqlas”dakı yanğının DƏHŞƏTLİ SONU