Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Lifttəmir”in baş direktoru: “Kim qapı-qapı düşüb liftpulu yığsa, işdən azad olunacaq”
Tarix: 27-11-2018 | Saat: 17:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Xalid Ələkbərov: “Gələn il Bakıda 1000 lift dəyişdiriləcək”
 
“Lift xidmətləri üçün tariflərin qaldırılması bu gün aktual deyil”. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.
X.Ələkbərov hazırkı qiymətlərin aşağı olduğunu bildirib:
“Mən demişəm gələcəkdə tariflərə baxıla bilər və 1 manatadək qaldırıla bilər. Amma bu, indi üçün gündəmdə deyil. Bu gün hansısa qiymət artımından söhbət getmir. “Qiymətlər qaldırılır” yazmaqla gündəmi zəbt etməyə çalışırlar”.
 
Baş direktor tariflərə yenidən baxılacağı təqdirdə, xidmət səviyyəsinin yüksəldilməsinin əsas götürüləcəyini vurğulayıb:
“Cənab Prezidentin tapşırığı ilə dövlət tərəfindən vəsait ayrılıb. Gələn il 1000-ə yaxın lift təsərrüfatında yeniliklər edəcəyik. Dəyişiklik zamanı həm xidmət səviyyəsinin yüksəldilməsi, həm də əhalinin təhlükəsiz şəkildə bu xidmətdən istifadəsini təmin etməyi planlaşdırırıq. Eyni zamanda, əməkdaşlarımızın iş şəraitinin, dispetçir xidmətinin yaxşılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir”.
 
X.Ələkbərov liftlərin abonentlərin hesabına təmir edilməsi məsələsinin də aradan qaldırılacağını qeyd edib:
“Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift təmiri üçün pul yığsa, o adam işdən azad olunacaq. Belə şey yolverilməzdir. Biz illərlə dayanan liftləri təmir edib istismara buraxmışıq. Necə olur ki, indi kimsə vətəndaşdan pul yığır?!”.


Xəbəri paylaş

5188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___