Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda tanınmış aktyor məktəb direktorunu döydü-foto
Tarix: 21-11-2018 | Saat: 10:39
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

 
"Dolu" filminin aktyoru, "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu döyüb.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti  məlumat yayıb.
 
Rəsmi məlumata görə, Tural Mirzəliyevə bu gün aktyor Rza Rzayev tərəfindən Nizami Rayon Məhkəməsinin qarşısında ağır bədən xəsarətləri yetirilib.


Qeyd edək ki, bir neçə ay əvvəl bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək, direktorla mübahisə etmişdi.
 
Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.
Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.
 
Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi.
 
Bu qalmaqal məhkəmə müstəvisindən çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.
 
Bu gün məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyərək ağır bədən xəsarətləri yetirib.
 
Direktor hazırda 3 saylı Sabunçu xəstəxanasındadır. R.Rzayevin isə polis tərəfindən saxlanılıb-saxlanılmaması dəqiq deyil.
 
“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”,-deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəyan edib.
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, İdarə əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkib, səhhəti ilə maraqlanıblar:


"Həkimlərlə söhbət etdik... Vəziyyəti yaxşı deyil...
Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.
Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir...
Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!".



Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___