Bu gün milli televiziya və radio günüdür
Tarix: 06-11-2018 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün Azərbaycan televiziyasının 62 və radiosunun 92 yaşı tamam olur.
Xəbəraz.Az-ın məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb.
Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı.
Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlanıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.
Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, dörd peyk televiziyası, 13 ümumrespublika və üç regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.
Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, “Azerspace” peyki) yayımlanır.
Xəbəri paylaş
4578 dəfə oxunub.
Digər xəbərlər

24-05-2015, 16:29
Deputatdan;“Bəd xəbər də olsa, şad xəbər də olsa aparıcının...
20-11-2021, 12:42
Qazaxın icra başçısının və oğlunun gözdeşən korrupsiyası - Yarım milyonluq maşın hansı pulla alınıb?
21-09-2020, 00:40
Dilqəm Əsgərovun oğluna 149 min manat ÖDƏNİLƏCƏK
9-05-2021, 10:45
Yağış, dolu, güclü külək - BU GÜNÜN HAVASI
2-04-2016, 18:04
Əliyevlə Lukaşenko cəbhədəki vəziyyəti müzakirə etdi
19-09-2016, 14:34
KFC-də uşaqların NƏDƏN ZƏHƏRLƏNDİYİ BİLİNDİ
14-09-2017, 15:01
“Gördüm ki, Sənan yerə yıxıldı” - General oğlunun məhkəməsi
10-02-2017, 23:05
Ən faydalı içkilərin SİYAHISI - Mütəxəssislər tövsiyə edir
26-05-2022, 11:20
17 yaşlı qızının telefonuna baxan ata dəhşət yaşadı - FOTO