Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Biz niyə təbii kürüyə həsrətik?
Tarix: 01-11-2018 | Saat: 10:59
Bölmə:M / Karusel / Maraqlı | çapa göndər

 
17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan qara kürü çoxdandır dünyanın ən ləziz və delikates ərzaq növü hesab edilir.

Xəzərin sahilində yaşamağımıza baxmayaraq, dəniz məhsullarından olan kürü həmişə əlçatmaz qidamız olub. Biz öz ölkəmizdə bu məhsulun dadına baxa bilməsək də, xarici ölkələrdən sırf Azərbaycan kürüsünü almaq üçün gələnlər var.
Təmiz qara və qırmızı kürünün qiyməti çox bahadır. Son illərə görə, 100 qram qara kürünün qiyməti 200-250 manat arasında dəyişir. Amma marketlərdə konservləşdirilmiş şəkildə satılan, xarici ölkələrdə istehsal olunmuş və qiyməti xeyli ucuz "kürü"lər də istehlakçılara təklif edilir.
Maraqlıdır, niyə təbii kürüyə həsrətik?

Vaxtilə Neftçala rayonundakı Bankə qəsəbəsində yerləşən Balıq Kombinatı fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dünya bazarına balıq, kürü ixrac edirmiş. Məsələn, 1930-cu ildə ölkədə 550 ton qara kürü istehsal olunub. Kapitalizmin bərpasından sonra isə sözügedən kombinat məhv edildi və nəticədə qara kürü istehsalı kəskin azaldı..

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov modern.az-a Xəzərin kürü qoyan nərə balıqlarının tükənmək üzrə olduğunu söyləyib. Mütəxəssis də ölkəmizdə istehsal olunan kürünün sadə insanlar üçün əlçatan olmadığını təsdiqləyib:

“Düzdür, Azərbaycan kürü ölkəsidir. Ancaq elə mən özüm, 20 ildir kürü yeyə bilmirəm. Çünki bazarda satılan təbii kürünün qiyməti sıravi insanlar üçün əlçatan deyil.
20 ilə yaxındır, Azərbaycanda süni qara kürü də istehsal olunur. Azad İstehlakçılar İctimai Birliyi süni kürü qablarının üzərindən yalnız nərə balığının şəklinin götürülməsinə nail olub. Qabların arxa hissəsində qidanın süni kürü olduğu yazılır. Bu kürülər Azərbaycana Rusiyadan da idxal olunur. Xarici ölkələrdən gətirilən kürünün bəzilərinin üzərində nərə balığının şəkli vurulub. Süni kürü balığın tullantılarından, dərisindən və s.-dən hazırlanır, kürü dadı verir. Çox ucuz qiymətə olan bu qidalar əsl kürü ilə müqayisə edilə bilməz. Əsl kürünün kiloqramı 1500-1700 manatdan yüksəkdir.
Kürü tez xarab olan məhsuldur. Halbuki, bu dəniz məhsulunun necə gəldi, harada gəldi satılması “Təzə bazar”da müşahidə olunur. Burada süni kürü ilə qarışdırılmış qara kürü, vaxtı keçmiş təhlükəli kürülər də satılır. Azərbaycanda cəmi 3-4 məhsul xarici bazara çıxmaq üçün keyfiyyətlə hazırlanıb. Balıq və kürü də daxil olmaqla balıq məhsullarına, qoz-fındıq kimi qidalara haps sistemi (tarladan, dənizdən istehlakçının masasına qədər izləmə) tətbiq olunub. Ölkənin ən böyük balıq məhsulları istehsal edən şirkəti “Caspian Fish”in  mağazalarında istehsal etdiyi kürü satılır. Lakin bu məhsul o qədər bahadır ki, sıravi vətəndaşlar ona yaxın dura bilmir”.

Kürü istehsalı oliqarxların əlində cəmləşib


Müasir Müsavat Partiyasının sədri, vaxtilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri oımuş Hafiz Hacıyev deyib ki, kürü istehsalı ayrı-ayrı məmurların monopoliyasındadır:
“Hətta bir neçə iri məmur dənizi bölüb, kürü istehsalına ciddi nəzarət edirlər. Nəticədə həmin sahədən əldə edilən gəlir birbaşa o məmurların cibinə gedir. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycan büdcəsinin hətta 90 faizini kürü istehsalından, satışından qazana bilərik. Əlbəttə, bu ayrı-ayrı şəxslərin cibinə getməsə.
Kürü istehsalı sahəsində yeni qurum yaradılmalıdır. Tək kürü resursları deyil, Xəzər dənizinin balıq ehtiyatları da tükənir. Bu sahə bir əldə cəmləşməli, xalqa xidmət edərək, xalqın məhsulu olmalıdır.
Qara kürü - ən dadlı kürü növü sayılır və yalnız Xəzər dənizində olur. İmkanlı şəxslər, xarici ölkələrdə yaşayan insanlar ölkəmizə gəlib, bu məhsulu almağa çalışırlar. Düşünürəm ki, kürü istehsalının canlandırılması, gəlirlərin mərkəzləşdirilməsi barədə düşünməyə dəyər”.

Mütəxəssislər bildirirlər ki, normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı, balıq və balıq məhsulları da olmalıdır. Hər bir adam ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Azərbaycanda isə qara kürü yemək çoxları üçün əlçatmazdır. Xəzər dənizindən tutulan və dillər əzbəri olan nərə balığının kürüsü bir neçə əsr öncə olduğu kimi artıq kasıb yeməyi sayılmır. Aşağı təbəqədən olan insanlar keçmişdən fərqli olaraq, əsl qara kürünü heç yuxuda görə bilməzlər.
Qara kürüdən daimi olaraq istifadə edənlər indi ancaq varlılard



4198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___