Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qoca” mənə qaçacağını demədi" - Fədayə Laçın
Tarix: 24-10-2018 | Saat: 17:02
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
Hakim Azad Məcidovun icraatında olan prosesdə F.Hacıyevin vəkili Elçin Əliyev deyib ki, məhkəmədə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: "Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər. Xahiş edirəm, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası keçirilsin".
Müğənni F.Laçının vəkili Türkel Süleymanlı "Qoca" qatardan qaçarkən istifadə etdiyi açarın maddi sübut kimi istintaq orqanından alınmasını istəyib.
F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".
Məhkəmə vəsatəti təmin etməyib. Proses oktyabrın 29-da davam etdiriləcək. 


Xəbəri paylaş

6938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___