Əli Həsənov səlahiyyət müddəti başa çatan səfirlə görüşdü
Tarix: 14-07-2015 | Saat: 13:06
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
İyulun 13-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
Xeberaz.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Əli Həsənov ölkələrimiz arasındakı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, İsmayıllı rayonu ərazisindəki məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin rayonda Belarus Respublikasının təşkilatı tərəfindən inşa edilən 45 ailəlik yeni yaşayış qəsəbəsinin, 96 şagird yerlik məktəbin, tibb məntəqəsinin tikintisi və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb. Ə. Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən N. Patskeviç Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Xəbəri paylaş
5128 dəfə oxunub.
Digər xəbərlər

26-11-2015, 12:34
MTN-nin 19 yüksək vəzifəli əməkdaşı həbs edilib - SİYAHI
20-05-2017, 23:22
İslamiada: Kişi voleybolçularımız finalda
8-11-2018, 17:16
Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb
25-09-2023, 17:14
Sabah Bakıda yağış yağacaq
6-02-2023, 11:18
Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb - YENİLƏNİB
3-11-2023, 09:26
Tərtərdə gənc minaya düşdü, vəziyyəti orta ağırdır
23-07-2019, 12:51
Bakıda ərəblərdən növbəti BİABIRÇILIQ: Təbii ehtiyaclarını yol kənarına etdilər (FOTO)
11-04-2016, 22:32
Makedoniya polisi qaçqınlara hücum etdi – 300 yaralı
5-03-2016, 15:09
Qadın oğru: Yoldaşımla bir aydan çoxdur küsülüyəm - VİDEO