Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İranın bölgə siyasəti dəyişmir, bundan ən çox narahat olan isə İsraildir
Tarix: 14-07-2015 | Saat: 12:45
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İranın bölgə siyasəti dəyişmir, bundan ən çox narahat olan isə İsraildir
İslam Respublikası Qərblə nüvə məsələsində anlaşır, ancaq İranın bölgə siyasəti dəyişmir, bundan ən çox narahat olan isə İsraildir

İran və “altılıq” ölkələri arasında nüvə danışıqları sonuncu mərhələsinə qədəm qoyub.

Vyanada başlayan danışıqların yekun turu sabah artıq başa çatmalıdır. Hər halda İran və “altılıq” ölkələri rəsmilərinin açıqlamalarından belə anlaşılır ki, tərəflər arasında anlaşılmazlığa səbəb olan əsas məsələlər artıq həllini tapıb.

İran XİN rəhbəri Cavad Zərif danışıqlar prosesini izləyən media nümayəndələrinə verdiyi açıqlamada danışıqları uzatmağa ehtiyac qalmayacağını, həftənin birinci günü bütün mövzuları razılaşdıracaqlarını deyib. “Euronews” telekanalının məlumatına görə, artıq Rusiya xarici işlər naziri Sergey Lavrov da Vyanaya qayıdaraq danışıqlara qoşulub. Bu da razılaşmanın olacağı ilə bağlı ümidləri artırıb. Çünki rusiyalı nazirin yalnız yekun anlaşma olacağı halda geri dönəcəyi ehtimal olunurdu.

“Reuters” Agentliyinə açıqlama verən iranlı rəsmilərdən biri bazar günü anlaşma əldə olunmasına çox yaxın olduqlarını, ancaq bir neçə məsələdə fikir ayrılıqlarının qaldığını bildirib. ABŞ dövlət katibi Con Kerri də mətbuat nümayəndələrinə açıqlamasında yekun razılaşmanın əldə olunmasına yaxın olduqlarını deyib.

Qeyd edək ki, aprelin 2-də İsveçrənin Lozanna şəhərində əldə olunmuş razılaşmaya əsasən İranın nüvə fəaliyyətləri qarşıdakı 10 il ərzində dayandırılır. 10 il ərzində İran yalnız Natanz Atom Stansiyasında uran zənginləşdirə biləcək. İran yalnız dinc məqsədlər üçün 6 min sentrafuq istifadə edəcək. Və yalnız 3,67 faiz həcmində uran zənginləşdirə biləcək. Eyni zamanda İran qarşıdakı 15 il ərzində nüvə stansiyası tikməyəcək və sentrafuqalar beynəlxalq nəzarətdə olacaq. Bundan başqa İran 10 min kq olan zənginləşdirilmiş uran ehtiyatını Rusiyaya təhvil verib, özündə yalnız 300 kq zənginləşdirilmiş uran saxlayacaq.

Bunun qarşılığında İrana qarşı embarqolar dayandırılacaq, sanksiyalar götürüləcək, eyni zamanda neft və qaz ticarətinə qoyulan məhdudiyyətlər ləğv olunacaq, İranın xarici banklarda dondurulmuş pulları və əmlakı geri qaytarılacaq. Son olaraq embarqoların qaldırılması, eləcə də İranın raket müəssisələrinin müşahidəyə açılması, həmçinin nüvə tədqiqatçılarının dindirilməsi kimi tələblərdə İran tərəfi israrla müqavimət göstərirdi.

Son olaraq İranın vitse-prezidenti və İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi yerli mediaya açıqlamasında nüvə danışıqlarının texniki hissəsinin artıq başa çatdığını bildirib. Eyni zamanda Salehi İranın anlaşmalardan sonra da dinc məqsədli nüvə çalışmalarını davam etdirəcəyini bildirib.

Ancaq qəribə də olsa İran daxilində bu mühüm hadisəyə münasibət birmənalı deyil. Məsələn həftənin ilk iş günü yerli mediaya açıqlama verən xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, hələlik nüvə razılaşması ilə bağlı heç nə bəlli deyil (!?). Eyni zamanda bazar günü tələbələrlə görüş zamanı çıxış edən Ali dini lider Seyid Əli Xameneyi Amerikanı sərt şəkildə tənqid edib, ABŞ-ı imperialist güc adlandıraraq bölgədə İrana qarşı yalnızlaşdırma siyasəti apardığını bildirib. Ali dini lider Amerikanın Yəmənə qanunsuz hərbi müdaxiləni dəstəklədiyini, eyni zamanda Yaxın Şərqdə terror və dini radikalizmi maliyyələşdirdiyini qeyd edib. Bu çıxış İran dini rəhbərliyi, eləcə də dini liderə bağlı olan mühafizəkar dairələrin Amerikaya qarşı tutumu dəyişməyib. Mühafizəkar dairələr hazırda ABŞ-ın Yaxın Şərqdə İranın maraqları əleyhinə fəaliyyətləri, o cümlədən Yəməndə, Suriyada və İraqda “qarşı cəbhədə” yer almasını əsas gətirərək Vaşinqtona qarşı sərt tənqidi ritorikanı davam etdirir.

Ancaq qəribə də olsa Obamanın İranı nüvəsizləşdirmə fəaliyyətindən ən çox narazı qalan ölkə İsraildir. Yəhudi dövləti İranın “altılıq” ölkələri ilə anlaşmasına açıq şəkildə qarşı çıxır, hətta ABŞ administrasiyasını tənqid edir. Yəhudilər iranlılara inanmamağın doğru olmadığını, İranın gizli şəkildə nüvə fəaliyyətlərini davam etdirəcəyini iddia edirlər. Məsələ ondadır ki, hazırkı danışıqlar və Qərblə dostlaşma fonunda İran Yaxın Şərqdəki fəaliyyətlərini zəiflətməyib. Əksinə yəhudilərə görə, embarqolardan sonra İranın maliyyət imkanları və müasir silah və texnologiyalara çıxış imkanları artacaq, bu isə nəticədə İranın bölgədə daha da qüdrətlənməsinə gətirəcək. İranın güclənməsi isə paralel olaraq Hizbullahın güclənməsi, HƏMAS, İslami Cihad kimi qruplaşmaların güclənməsi anlamına gəlir ki, bu da İsrail üçün çox ciddi başağrısıdır.(musavat.com)


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___