Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyanın İl-20 təyyarəsini kim vurdu? - TƏFƏRRÜATLAR - FOTO
Tarix: 18-09-2018 | Saat: 09:55
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər

#DÜNYADA#RUSİYA#SURİYA
Rusiyanın radioelektron kəşfiyyat təyyarəsi olan İl-20 təyyarəsi Aralıq dənizi üzərində yoxa çıxıb.
"Xəbəraz.az " bildirir ki, 14 hərbçinin olduğu İl-20 Rusiyanın Suriyadakı "Hmeymim" aviabazasına qayıdarkən radarlardan itib.
Olay Aralıq dənizi səmasında, Suriya sahillərindən 35 km aralıda baş verib.
İl-20 yoxa çıxan vaxtda İsrailin Hərbi-Hava Qüvvələrinin 4 F-16 qırıcı-bombardmançı təyyarəsi Suriyanın Latakiya şəhərində bir neçə obyektə raket-bomba zərbələri endirirdilər.
Suriyanın SANA dövlət informasiya agentliyinin yaydığı məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələrinin batareyaları İsrailin bir neçə raketini zərərsizləşdiriblər.
İsrail qırıcıları Latakiyada məişət kimyası və alüminium zavodlarını, habelə Sakubiyada elektrostansiyanı vurublar.
Eyni zamanda Fransa Hərbi-Dəniz Qüvvələrinin Aralıq dənizində olan "Auvergne" freqatı bir neçə raket buraxıblar.
"Hmeymim" aviabazasının komandanlığı axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Lakin təyyarədə olan rusiyalı hərbçilərin taleyi naməlumdur.
CNN isə məlumat yayıb ki, Suriyanın HHM qüvvələri İsrail qırıcılarının hücumunu dəf edərkən səhvən Rusiyanın İl-20 təyyarəsini vurublar.
Suriyanın və İsrailin müdafiə nazirlikləri insidenti şərh etmirlər.


Xəbəri paylaş

9538 dəfə oxunub.

Digər xəbərlər
13-11-2018, 18:01 Məzənnə yeniləndi?

bütün xəbərlər
____ Instagram ___