Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirəliyeva Şəbnəm- “Bu oyunda kim uduzdu, kim uddu. “Həbs olunan kimlər olacaq...” -VİDEO
Tarix: 29-08-2018 | Saat: 23:35
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV / Araşdırma | çapa göndər



"Xəbəraz.az "  redaksiyasına müraciət edən şikayətçi Şirəliyeva Şəbnəm Rəhim qızı bir qrup imsanlar tərəfindən maşınının oğurlandığını iddia edir. Biz də Ş.Şirəliyevanın iddiası üzərindən “yola çıxıb”, araşdırmamıza başladıq. Araşdırmalarımız bizləri geniş bir dairənin içərisinə gətirib çıxartdı.
Mminik avtomobillərini  icarəyə verməklə biznesini yaradan Ş.Şirəliyəva bu dəfə də avtomobilini 25 may 2018-ci il tarixində Tovuz rayon , Qovlar qəsəbəsinin sakini  Tural Əsgərov adlı şəxsə beş günlük icarəyə verir. İcarə müddəti başa çatsa da T.Əsgərov avtomobili sahibinə geri qaytarmayıb. Avtomobilinin qaytarılması məqsədi ilə  T. Əsgərovla dəfələrlə telefon əlaqəsi yaradıb, əmlakının geri qaytarmasını tələb edir. Tural isə Şəbnəm xanımın tələblərinə əhəmiyyət vermir. Nəhayət on beş- iyirrmi gündən sonra, Şəbnəm xanım təxminən 11 iyun tarixində Turalın Ruslan adlı həmyerlisi ilə əlbir olub, onun avtomobilinin Tovuz tayonu, Qovular qəsəbəsinin sakini Hüseynova İlhamə adlı qadının şəxsi mülkündə  4300 (dörd min üç yüz) manat  Ruslanın İlhaməyə olan (Tural qumar borcu olduğunu söylədi)  borcuna qarşılıq girov qoyduğunu öyrənir. Onu da qeyd edək ki, Ş.Şirəliyevə icarəyə verdiyi avtomobili Nikol bankdan lizinq yolu ilə alıb və avtomobillə bağlı banka olan borcunu  bitirməyib.
 Belə bir vəziyyətdə isə qaçırılan və ya oğurlanan avtomobilə baş verə biləcək hər hansı xəta üçün Ş.Şirəliyeva banka  20000 (iyirmi min) manat vəsait ödəməlidir. Nəzərə alsaq ki, avtomobilinin qaçırılması və üç ay istifadəsiz və qanunsuz mülki vətəndaşın həyətində saxlanılması şəbnəm xanıma 4000(dörd min) manat maddi ziyanlıq bahasına başa gəlib və bundan sonra da ziyanlığın nə qədər olacağını hadisələrin gedişindən biləcəyik.
Hadisə dedikdə nəyi nəzərdə tuturuq, söyləyək sizlər də bilin. Avtomobilinin oğurlanmasına əmin olan Ş.Şirəliyeva Tovuz rayon prokurorluğuna, Tovuz rayon Polis Şöbəsinə əmlakının qaytarılması ilə bağlı müraciət edir. Müraciətindən təxminən 3 ay ötməsinə baxmayaraq, Şəbnəm xanımın işi ilə maraqlanan, avtomobilin İlhamənin şəxsi əmlakında saxlanılmasında birbaşa əli olan nə Turaldan, nə də Ruslandan çağırılıb izahataları tələb olunmamışdır. Ümid etdiyi aidiyyatı orqanlardan kömək görməyən Ş. Şirəliyeva Nikoyl bankın əməkdaşları ilə avtomobilinin saxlanıldığı İlhamə hüseynovanın ünvanına yollanır. İlhamə avtomobili sahibinə qaytarmaqdan qəti şəkildə imtina edir. Tələb qoyur ki, Ruslana verdiyi 4300 manat pul geri qaytarılmasa maşını geri verməyəcəkdir.
Saytımızı izləyən Ş.Şirəliyeva, ümid yerini bizlərdə axtarmağı qərara gəlir. Şikayətçimizin 18 avqust 2018-ci il tarixli müraciətindən sonra “Xəbəraz.az” informasiya agentliyi və “Ulu Zirvə” qəzeti hadisələri araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Tovuz rayonuna yollandı. Tovuz rayon Prokurorluğu, Tovuz rayon Polis Şöbəsi yuxarıda qeyd etdiyimiz kimi hadisələrdən xəbərdar olsalar da qanunun tələblərinə uyğun bir iş görməmişdirlər. Rayonun Prokuroru ilə apardığımız söhbət zamanı işin mülki iş olduğunu bizə söylədilər. Biz isə öz növbəmizdə sual verdik ki, əgər hadisə mülki işdirsə, niyə o zaman Qərar qəbul edilib, vətəndaşın məhkəmə orqanlarına müraciət etməli olduğu bildirilməmişdir?
Azərbaycan Respublikasının MM-ə müvafiq olaraq  iddiaçı,  etdiyi iddia ilə bağlı maddi sübut hesab olunan fakları özü məhkəməyə təqdim etməlidir.  Ş.Şirəliyevanın isə əlində nə polisin nə prokurorluğun Qərarı yoxdur.  Hadisələrin bu səpgidə cərəyan etməsi bizləri aidiyyatı orqanların yerinə araşdırma aparmağa vadar etdi. Apardığımız araşdırmada yalnız yuxarıda adları çəkilən şəxslər deyil, səhnə arxasında böyük bir dəstənin olduğunu aşkar etdik. Dəstə üzvüləri ilə apardığımız  tək-tək telefon danışıqları zamanı dəstə üzvləri bir-birilərini ifşa edib,  bu “oyunda” bizim bilmədiyimiz  fiqurların adlarını səsləndirdilər. Biz də apardığımız telefon danışıqlarını,əldə etdiyimiz izahatları toplayıb Respublika Prokurorluğuna göndərdik. Göndərdik ki, bizim aşkar etdiyimiz faktlar istintaq orqanları tərəfindən araşdırılıb, hüquqi qiymət verilsin..    
         



4248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___