DİQQƏT! Bu şadlıq evlərinin fəaliyyəti DAYANDIRILA BİLƏR - VİDEO - FOTO
Tarix: 09-08-2018 | Saat: 13:46
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranlarla bağlı məlumat yayıb.
"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, Bakıda xəbərdarlığa əməl etməyən şadlıq evləri ilə bağlı sərt tədbirlərə başlanılıb.
"Tüstü evə gəlib çıxır. Kabab bişirir, tüstü qapımızın ağzındadır. Elə bil restoranda yaşayırıq".
"Məktəbə gedib-gəlirik, tüstü burnumuza dolur. Kabab yemək istəyir adam", - bu fikirlər paytaxt sakinlərinə aiddir.
Bununla bağlı Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Cəlair Səmədov aşağıdakıları bildirib: "Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarının, restoranların ətraf ərazilərində monitorinq keçirilib. Onların tüstü bacalarından atmosferə atılan zərərli birləşmələrin yol verilən həddən çox olduğu müəyyən edilmişdir".
Maydan etibarən ictimai iaşə obyektlərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması və atmosferə atılan zərərli qazın miqdarının yol verilən hədd daxilində olması barədə xəbərdarlıq məktubu göndərilib. Yasamal rayonu ərazisində apardığımız müşahidələr isə buna əməl olumadığnı göstərir. Nazirlikdənsə bildirilir ki, xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb:
"Qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq maddə ilə vəzifəli şəxslər 3 min 500 manatdan 4 min 500 manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə ediləcəklər. Bu tədbirlər də nəticə verməsə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranların fəaliyyətinin dayandırılması üçün aidiyyatı orqanlar qarşısında vəsadət qaldıracaq", - deyə Cəlair Səmədov fikrini izah edib.
Odur ki, sahibkarlar obyektlərinin fəaliyyətinin dayandırılmasını istəmirsə qanunvericiliyin tələblərinə əməl etməli, ətraf mühiti çirkləndirməməlidir.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

12-03-2020, 15:28
"Şok" icra başçısı vətəndaş üçün görəcəyi işi mətbuatda işıqlanmasını istədi-Video
18-07-2017, 10:13
Qısa yubkalı qız ölkəni AYAĞA QALDIRDI
11-06-2015, 14:27
Ermənilər: "Guya Olimpiada ideyalarına, tolerantlığa və dostluğa (?)
31-05-2016, 23:49
Krım Almaniyada səfirlik açır
3-04-2016, 20:01
Baş örtükləri ilə bahar cazibədarlığı - FOTOLAR
4-09-2016, 09:42
Bərdədə baldız yeznəsini bıçaqlayıb
8-04-2017, 00:09
İŞİD dinc sakinlərə qarşı zəhərli qaz tədbiq edib
13-04-2017, 12:31
Tanınmış bəstəkar qızına toy etdi - Fotolar
11-02-2016, 11:11
BMV liderliyi əldən verdi
18-02-2019, 10:58
Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı