Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzəryanı ölkələrin XİN başçıları avqustun 11-də Aktauda görüşəcək
Tarix: 06-08-2018 | Saat: 19:05
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası V Xəzər sammiti ərəfəsində - avqustun 11-də Qazaxıstanın Mangistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərində keçiriləcək.
"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, tərəflərin əldə etdiyi razılığa əsasən, xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 52-ci iclasının avqustun 10-da Aktauda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir. Görüş çərçivəsində Xəzər dənizinin hüquqi statusu, iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Sammitdə 20 ildən çoxdur üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.


Xəbəri paylaş

5258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___