Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daxili İşlər Nazirliyi Masallıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Tarix: 11-07-2015 | Saat: 16:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyi Masallıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN Masallıda 3 manata görə öldürülən gəncin ölümü ilə bağlı məlumat yayıb
Zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberaz.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirən Xıl kənd sakinləri - əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, digər şəxslər Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.

Hazırda onların tutulmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, ANS-in məlumatına görə, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəliblər. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.

Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R.Zamanov dostları ilə birgə yenidən məntəqəyə gələrək, əvvəlki mübahisəni həll etməyə çalışıblar.

Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___