Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Zərdab rayonunda nələr baş verir ... Kisərən Ana Prezidentə səslənir
Tarix: 6-08-2018, 03:49 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Özünü Tanıd / Xəbəraz TV / Reportaj | çapa göndər



Nəfs elə bir qaranlıq və dərin quyud ki, nə qədər doldurmağa çalışsan da dolması mümkün olmayacaq. Ona görə də mömin, müdrik insanlar:- “Allahım, məni nəfsimə qul etmə” deyə dua edirlər. Bizim müəzzimlik etmək həvəsinə düşdüyümüzü düşünürsənizsə yalnış fikirləşirsiniz. Sadəcə Zərdab rayonundan dərdini götürüb bizə gələn Süleymanova Kisərən Həmzə qızının dediyi kimi dişi-dırnaqla qurduğu evini əlindən alıb, özünün küçələrə atılmasından bəhs etmək istəyirik. Baş verənləri sizlərə obyektiv, ədalətlə çatdırmaq üçün üz tutduq Zərdab rayonuna. Zərdab Rayonunun İcra Başçısı Lütvəli Babayevlə görüşüb, rəhbərlik etdiyi rayonda baş verənləri araşdırmaq istədiyimizi söylədik. Başçının sahibkarlarla səyyari görüş keçirdiyini söylədilər. Biz də özlüyümüzdə xoş bir təsadüf olduğunu düşünüb, üz tutduq görüş keçirilən məkana. Makana yaxınlaşmağımız zaman başımızın üzərini alıb, niyə? nə səbəbə? məqsədiniz nədir? kimi sualları yağış kimi üzərimizə yağdırdılar. Biz məqsədimizi açıqladıqda isə çəkilişə, səs yazmağa, qeydlər etməyə qəti şəkildə izin verilməməsi bir kənara dursun, hətta başçı bizi “terrorist”, “vəhabi” belə adlandırmaqdan çəkinməyib, avadanlıqlarımızı, mobil telefonlarımızı əlimizdən alınıb, özümüzün də polis şöbəsində saxlanmağımızı amiranə şəkildə polis əməkdaşına əmr etdi.
Lütvəli Babayev sahibkarlarla görüşünü sadəlövlük edib, xeyirxahlıq məqsədi ili keçirdiyini düşünmüşdük. Amma çox təəssüf. Başçının çıxışından yaddaşımızda qalanları xatırlayıb bunları “tapa bildik”-“ Özbaşına zəbt olunmuş torpaqlar üç gün müddətinə boşaldılmalıdır. Prezident rayonumuza gələcək. Qanun-qayda olmalıdır” Əvvəla ölkə rəhbəri respublika iqdisadiyyatının neftdən asılılığını azaltmaq məqsədi ilə kənd təssərüfatının genişləndirilməsi üçün sahibkarlıq fəaliyyətinin artırılmasına diqqəti gücləndirməyi vacib amil kimi önə çəkir. Digər tərəfdən isə Lütvəli Babayev niyə payızda məhsul yığımından sonra deyil, məhs indi, məhsulun ərsəyə gəldiyi bir dövrdə sahibkarların zəbt etdiyini söylədiyi sahələri boşaltmağı tələb edir? Başqa bir fikir:-“Kənd təsərrüfatı satılan mağazada ancaq təyinatı üzrə məhsul satıla bilər. Ət satıla bilməz” Biz bildiyimiz qədəri ilə hər növ ət məhsulları kənd təsərrüfat məhsulu hesab edilir. Lütvəli Babayev bəlkə əti sənaye məhsulları sırasında görür, bu haqda fikir yürüdə bilmərik.
Lütvəli Babayev qayda-qanuna, səliqə-səhmana bu qədər düşgündürsə rayon İcra Hakimiyyətinin binasının ətrafıda, “Dədə Qorqud” bağının yanında zibil dizə şıxır. Havanın istisində ifunət iyi ətrafı başına götürür. Antisanitariya şəraiti hökm sürür. Bəs bu hallara niyə göz yumur?
Nəhayət gələk Lütvəli Babayevin və komandasının KİV nümayəndələrinə qarşı etdiyi ən əsas qanunsuzluğa. Bizimlə iş otağında, Zərdab rayon İcra Hakimiyyətinin binasında görüşəcəyini və redaksiyamıza müraciət edən Kisərən Süleymanovanın şıkayətinə gərəkli açıqlamanı verəcəyini bildirən başçı vədinə əməl etmədi. Qarşımıza Zərdab rayon İcra Hakimiyyətində çalışan Pərvin(hətta xanım adını belə söyləmədi. Həmkarının müraciəti zamanı adının Pərvin olduğunu öyrəndik) adlı qadını başçının müavini kimi və hüquqşünas olduqunu bildirən Xəzər adlı şəxsləri çıxartdı. ( Sonradan öyrəndik ki, Pərvin adlı qadın təhsil sahəsində xidmət göstərir). Onlar da başçının etdiyini təkrar edib müsahibə ilə bağlı çəkiliş aparmağa, səs yazısı etməyə icazə vermədilər. Səbəb isə aydındır. Pərvin adlı qadını Zərdab rayon İcra Başçısının müavini olaraq saytımızda işıqlandırılmasına yol vermək olmazdı.
Vətəndaş Kisərən Süleymanovanın şıikayəti səbəbi ilə Zərdab rayonuna üz tutsaqda şikayətçinin problemindən bəhs etmədiyimizi düşünüb bizi qınamayın. Çünki istədik geniş ictimayyət öncə şikayyətçinin kimlərlə üz-üzə dayandığını açıqlayaq. Sonra isə şikayətçimizin başına gətirilənləri şəhr edək.
K.Süleymanovanın söylədiklərinə istinadən 1985-ci ildə işlədiyi müəssisənin səlahiyyətlisi Nəsimi Hüseynov tərəfindən verilmiş, hal-hazırda yaşadığı dövlət idarəsinin bir hissəsində müvəqqəti məskunlaşıb. Müəssisə ləğv edildikdən sonra müəssisənin əmlakı hərraca çıxarılıb və Adil Nurəliyev tərəfindən özəlləşdirilib. Əlbətdə, burada qanundan kənar bir addım atıldığını söyləyə bilmərik. Lakin onu deyə bilərik ki, 35 il maddi, mənəvi fiziki qüvvəsini son anına qədər sərf edib, yurd saldığı əmlakın ilk olaraq Kisərən Süleymanovanın öz adına özəlləşdirilməsi təklif olunmalı idi. Qadının etiraf etdiyi kimin desək:-“Mən savadsız qadınam. Qayda-qanun bilmirəm. Əmlak Komitəsinin vəzifəli şəxsi mənə bildirdi ki, sən 35 ildir burada yaşayırsan. Kimsə səni çıxarda bilməz mən də savadsızlığımdan inandım”
Əmlakı öz adına özəlləşdirən Adil Nurəliyevlə görüşüb, fikirlərini öyrəndik. A.Nurəliyev isə öz növbəsində qeyd etdi ki, əmlakı özəlləşdirdikdən sonra Kisərən Süleymanovaya ərazini tərk etməyi bildirdim. K.Süleymanova razılaşmadığı üçün məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə iddiası təmin olunub və bütün məhkəmə instansiyaları yerli məhkəmənin qərarını qüvvədə saxlayıb. Lakin K.Süleymanovanın övladının ağır xəstəliyi və ölümü səbəbi ilə məhkəmə qərarının icrasını, cavabdeh tərəfindən əmlakımın boşaldılmasını 10 il təxirə salınıb.(K.Süleymanova da A.Nurəliyevin dediklərini təsdiqlədi)
Həyat yoldaşını itirmiş tənha qadın evsiz,yurdsuz hara gedəcəyini bilmir. Zərdab rayon İcra Başçısına müraciət edib kömək istəyir. Rayonun müxtəlif ərazilərində Kisərən Süleymanovaya torpaq təklif olunur. Lakin K.Süleymanova bununla razlıaşmır. Bu son fikirlər Zərdab rayon İcra Hakimiyyətində Pərvin adlı qadının açıqlaması idi. Biz isə öz növbəmizdə K.Süleymanovaya təklif olunan torpaq sahələrin və tikintinin aparılması üçün edilən yardıma şıikayətçimiz adından etiraz edtməsi barədə rəsmi sənəd olub-olmadığını soruşduqda, cavab sükunət oldu. Görünən mənzərə onu ortaya çıxardı ki, vətəndaşın biri sərvətini artırmaq məqsədi ilə başqasının yaşadığı evi, saldığı bağı özəlləşdirir. Təkrar olsada söyləyək ki, bunu qanunsuzluq adlandıra bilmərik. Digər biri isə yaşamağı demirik, gecənin qaranlığında canını qorumağa sığınacaq tapmır. Fələyin dönən üzü Kisərən ananın 20 yaşlı dəlqanlı oğlunu, həyat yoldaşını əlindən alıb. Övladının, ailəsinin xatirələri ilə dolu yuvasında ovunmağa çalışan ana Lütvəli Babayevin biganəlik “qasırğasına” tuş gəlib, səfil həyata məhkum olunub.
Kisərən xanım milliyyətcə ləzgi olduğunu və buna görə işgəncələrə məruz qaldığını deyib, sözün həqiqi mənasında fəryad edir. Unutmaq olmaz ki, Azərbaycan toleyrant ölkədir. Miliyyətindən,irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı eyni hüquqa malikdir. Lakin şikayətçinin yaşadıqları ona bu fikirləri dilə gətirməyə vadar edir: -“Mən də Azərbaycan vətəndaşıyam. Nə olar ləzgi balasıyam. Ləzgi balası olanda belə əzərlər”. Yaxud:-”Xarici ölkələrdən, Rusiyadan kömək istəyirəm”. Bizə elə gəlir ki, vətəndaşın bu fikirlərindən sonra artıq şəhrə gərək qalmır. Sadəcə qaranlıq qalan o olur ki, körəsən Zərdab rayonunda nələr baş verir ki, Azərbaycanda yaşayan,dövlətini sevən, Ulu öndərin medalı ilə təltif olunmuş hərbişi oğul böyüdən bir qadın niyə bəlalarının səbəbini millətçiliklə əlaqələndirir? Eləcə də xarici dövlətlərdən sığınacaq istəyir? Kimlər bu qadını belə düşünşələrə vadar edir. Məqsədləri nədir? Cavab verməkdə acizik.
Kisərən Əliyeva uçurdulub,dağıdılmış, evinin, məhv edilmiş xatirələrinin, talan edilmiş bağçasının“matəm”ini saxlaya-saxlaya üzünü ölkə Prezidenti İlham Əliyev cənablarına, birinci xanım Mehriban xanım Əliyevaya üz tutub dərdinə çarə axtarır.
Biz də ümüd edirik ki, bizim yazımızdan sonra aidiyyatı orqanlar ölkə rəhbərliyi tərəfindən etimad göstərilib, xalqın dərdini-sərini tapşırdığı bəzi məmurlar öz işlərinə məsuliyyətlə yanaşıb, xalqın içərisində millətçilik kimi xoşagəlməz fikirlərin formalaşmasına yol verməyəcəklər. Qarşı tərəfin fikirlərini öyrənməyə və dərc etməyə hazırıq.
Tərifə Maqsudova

шаблоны для dle 11.2

5378 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
19-09-2018
bütün xəbərlər
____ Instagram ___