Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident və xanımı tərəfindən imzalanmış təşəkkürnamələr təqdim edildi
Tarix: 11-07-2015 | Saat: 12:50
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

Prezident və xanımı tərəfindən imzalanmış təşəkkürnamələr təqdim edildi


Bakıda keçirilən I Avropa Oyunlarının könüllülərinə bu gün Prezident İlham Əliyev və birinci xanım, "Bakı- 2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələr təqdim edilib

Trend-in məlumatına görə, tədbirdə əvvəlcə könüllülər haqqında hazırlanmış videoçarx təqdim edilib.

Daha sonra cıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, tədbirdə 10 minlərlə könüllü iştirak edib: "Əsas məqsəd odur ki, ölkə başçısı İlham Əliyev və Mehriban Əliyeva sizin əməyinizi çox yüksək qiymətləndiriblər. Bu təşəkkürnamədə iki əziz insanın şəxsi imzası var. Bu, həqiqətən də sizin böyük əməyinizin nəticəsidir. Biz bu oyunları sizsiz keçirməyi bacara bilməzdik. Burada sizin böyük köməyiniz olub".

A.Rəhimov əlavə edib ki, Azərbaycanda böyük idman yarışları keçiriləcək. Nazir bütün bu tədbirlərdə könüllülərlə birgə olmaq istədiklərini də söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında deyib ki, ilk Avropa Oyunlarının Azərbaycanda qoyduğu miras bütün baxımlardan çox əhəmiyyətlidir. Nazirin sözlərinə görə, Azərbaycan artıq böyük idman ölkəsi kimi tanındı və üzərinə böyük öhdəliklər götürməyi bacaran bir ölkə olduğunu göstərdi.

M.Cabbarov könüllərin böyük hissəsinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmasına da çox sevindiyini söyləyib. Nazir əlavə edib ki, bundan sonra da könüllülük hərəkatında TN-in dəstəyinə arxayın olmaq olar.

Tədbirdə daha sonra A.Rəhimov və M.Cabbarov tərəfindən ilk 50 gəncə təşəkkürnamələr təqdim edilib.

Təşəkkürnamələrin digər hissəsi növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təqdim ediləcək.


Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___