Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlk amalımız mənəvi dəyərlərin mühafizəsidir - Etibar Qasımov (ALOV)
Tarix: 24-07-2018 | Saat: 18:18
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

   


Hər bir azərbaycanlı 22 iyul tarixini,  Azərbaycan xalqının milli təfəkkürünün ilk əyani carçısı “Əkinci” qəzetinin işıq üzü görməsini mətbuat bayramı kimi qeyd edir. Bu günlə bağlı hər bir vətənpərvər insan hansı sahədə xidmət göstərməsindən asılı olmayaraq Azərbaycan mətbuatının banisi, dahi Həsən bəy Zərdabinin xatirəsini yad etməyi özünə borc bilir. Necə ki, “ALOV” Mühafizə Xidmətinin rəisi cənab Etibar Qasımov “mətbuat günü”ndə rəhbərlik etdiyi böyük kollektivi ilə birgə fəxri xiyabanda Həsən bəy Zərdabinin məzarı önündə baş əyməyi özünə borc bildiyi kimi.

Etibar müəllimlə söhbətimiz zamanı olduqca dəyərli fikirlərinin şahidi olduq. Ziyalı insanın fikirlərinin parlaqlığı bizləri heyran etdi.


Etibar müəllimə “mətbuat günü” ilə bağlı  ünvanladığımız suala belə bir cavab aldıq:- “Həsən bəy Zərdabi  əsasını qoyduğ “Əkinçi” qəzeti yalnız  Azərbaycanın  mətbuat tarixi deyil.  Eləcə də maraqlısı ondadır ki, Həsən bəy Zərdabi qəzetin adını boşuna “Əkinçi” adlandırmadı. Onun əkinçi adı altında qəzet çap erdirməsi böyük siyasi məna kəsb edirdi. Xalqımızın mariflənməsinin qəti şəkildə əlehinə olan çar Rusiyası millətin qəzet oxuyub, mariflənəcəyinə əsla izin verməyəcəyini gözəl bilən Həsən bəy Zərdabi “əkin və ziraət” işləri ilə bağlı qəzet çap etdirməklə əkinçiliyə kömək etmək adı altinda “Əkinçi”nin dərc olunmasına nail ola bildi. Əslində bu mütəfəkkirin ali niyyətinin görünən tərəfi idi. Görünməyən tərəfi isə “Əkinçi” ilə yeni fikir formalaşdırmaq, milli şuurda mütərəqqi düşüncə toxumu əkmək idi. Həsən bəy Zərdabi bu məqsədi uğrunda yalnız  idiologiyasını deyil, fiziki sağlamlığını, maddi imkanlarını belə qurban verdi”.
Etibar müəllimin Həsən bəy Zərdabi və onun “Əkinçi”si haqqında söylədiyi bu qədər dəyərli fikirlər onun xalqına, millətinə və millətinin maddi və mənəvi sərvətinə olan bağlılığını göz önünə qoyur. Etibar müəllimdən mətbuat tarixi haqqında bu qədər geniş və dərin biliyə sahib olmasının hansı maraqdan yaranmasına da özünə xas cavablandırma oldu.

-“ Mən “ALOV” Mühafizə Xidmətinion rəisi vəzifəsində çalşıram. Yüzlərlə idarə,müəssisə  əmlaklarını bizə etibar edir. Bizim işimiz ilk növbədə sayıqlıq, güvən və etimad tələb edir. Əgər biz bunların birini itirəriksə, artıq bizə olan etibarı itirmiş olarıq. Bir də nəzərə alaq ki, bizim mühafizə etdiyimiz hər hansı bir obyekt fiziki və maddi zəhmətin məhsuludur. Onları yenidən bərpa etmək mümkündür. Mənəvi irsimiz isə tarixin və millətin dəyərli övladlarının bizlərə əmanət edtdikləri  əvəzolunmaz sərvətləridir. Onlara qarşı biganəliyimiz, övladın anaya qarşı biganəliyi, laqeydliyi kimi dəyərləndirilməlidir. Buna isə əsla yol vermək olmaz”
Etibar Qsımovla dərinləşən söhbətimiz bu insanın xalqın necə böyük sevgi ilə bağlı olmasının, sevməsinin əsl səbəblərini ortaya çıxartdı. Etibar müəllim gəncliyindən Ulu Öndər Heydər Əliyevin xalqımızın mənəvi dəyərlərinə böyük məhəbətlə bağlı olduğunu və  onun həyat yolunu özünə örnək seçdiyini söylədi.
Onu da vurğuladı ki, -“Həsən bəy Zərdabi dəfn olunduğu Bayıl qəsəbəsinin  Çənbərəkənd qəbirstanlığında sürüşmə nəticəsində bir şox qəbirlər kimi itib-batmaq təhlükəsi ilə üz-üzə idi. H.Əliyev cənablarının təşəbbüsü ilə Həsən bəy Zərdabinin məzarı fəxri xiyabana köçürülüb, üzərində abidəsi ucaldıldı. Bu dahi H.Əliyev cənablarının xalqına və ziyalılarına verdiyi dəyərin təzahürü idi. Biz hamımız H.Əliyev məktəbindən yararlanmağa borcluyuq. Ona görə də bu gün yalnız “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabi qarşısında deyil, eləcə də H.Əliyev cənabları qarşısında baş əyirik ki, bizə böyük mənəvi irs buraxdı. “Mənəvi dəyərləri qorumaq” kimi.
Etibar müəllimlə söhbətimiz olduqca maraqlı istiqamətə yönəlsə də:- “İş gözləmir deyib” bizlərin peşə bayramını təbrik etməyi  unutmadan ayrılmalı oldu.

Etibar Qasımovun gənc müavini Elməddin Quliyev də öz insani dəyərləri və mənəvi zənginliyi ilə tabeliyində olan əməkdaşlarına örnəkdir.


O da dahi Həsən bəy Zərdabinin məzarı üzərinə özü kimi gənc, biləyibükülməz oğullarla birgə təzə-tər çiçəklər düzdürüb, abidə önündə baş əydi . Eləcə də  Fərid Əliyevin də mətbuat işçilərinə təbriklərini çatdırmağı unutmadı. Elməddin Quliyevin milli qüruru, milli təəssübkeşliyini gördükdə belə gənclərimizlə sinə dolusu fəxr edirık və Allah-Taladan   Etibar müəllimə  rəhbərlik etdiyi kollektivi ilə birgə can sağlığı və hər zaman sizin kimi oğulların millətin üzərindən əskik olmamasını diləyirik.
"Xəbəraz.az "
   


            


Xəbəri paylaş

3 1718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___