Nazir "Bakı 2015" qaliblərini mükafatlandırdı
Tarix: 11-07-2015 | Saat: 03:55
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Mikayıl Cabbarov idmançılarla görüşüb
Bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən “Bakı 2015” I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb. ANS PRESS-in məlumatına görə, görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilən “Bakı 2015” I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib.
Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıbar.
Mikayıl Cabbarov
Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci il tarixdə-Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir “Bakı 2015” I Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən olan Amil Qasımovun Sambo idman növü üzrə II, Hacı Əliyevin Sərbəst güləş idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutduğunu nəzərə çatdırıb.
Amil Qasımov
İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman karyeralarında daha parlaq uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib.
Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Amil Qasımov 38-ci medalı qazandı
Xəbəri paylaş
7118 dəfə oxunub.
Digər xəbərlər

15-08-2016, 20:02
"İş tapa bilmirdim" -Məzarlıqdan oğurluq edən şəxs - VİDEO
16-06-2015, 12:51
Məcburi köçkün söyüş üstündə həmyerlisini həyatdan məhrum edib
15-07-2021, 11:37
Gec qocalmağın 6 SİRRİ - Yaşlanmaq istəmirsinizsə, OXUYUN!
2-07-2018, 11:58
Üzeyir Mehdizadənin gəlinsiz toyundan FOTOLAR
5-05-2021, 22:26
Sabah Operativ Qərargahın brifinqi olacaq
9-02-2016, 13:55
23 yaşında canına qıydı FOTO
14-04-2017, 13:38
19 yaşlı oğlan özünü güllələyib-İsmayıllıda
9-02-2017, 14:53
Azərbaycanda dollar sürətlə ucuzlaşır - YENİ MƏZƏNNƏ
22-03-2016, 20:11
Messinin vurduğu xanım azarkeş - “Onu heç vaxt sevməyəcəm”
5-10-2016, 17:57
Azərbaycanlıların Cümə məscidində toplanması qadağan edildi - FOTO