Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlılara işgəncə verilir, Ruhani isə... – Bəyanat
Tarix: 10-07-2018, 21:32 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Güney Azərbaycanda Babək qalasına yürüş zamanı saxlanılan və ağır işgəncələrə məruz qalan fəallara görə Güneyin tələbə dərnək və qurumları bəyanat yayıblar.

Bəyanatın əvvəlində ölkə konstitusiyasının 27-ci maddəsinə istinad edilərək “İslam dəyərlərinə zidd olmamaq şərti ilə, əhalinin silah daşımadan sərbəst toplaşmaq və nümayiş keçirmək hüququ var” sözləri qeyd olunub.
Bəyanatda bildirilib ki, Azərbaycan hər zaman hərəkatlar və ictimai dəyişikliklərin mərkəzi olub:
“Müasir tariximizdə Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabaninin Azadistan Hərəkatı, Azərbaycan Demokrat Firqəsi, habelə 1979-ci il inqilabından sonrakı hadisələri buna sübut kimi göstərmək olar.
Bu gün Azərbaycandakı ictimai-siyasi proseslər keçmişdə haqqı tələb etmək kimi mədəniyyətə söykənir. Lakin təəssüf ki, Azərbaycanın bu tələbkarlıq ruhunu ondan almaq istəyirlər”.
Bəyanatda həmçinin kütləvi informasiya vasitələri, ziyalılar, millət vəkilləri, yüksək rütbəli vəzifəli şəxslər, xüsusilə də ölkə prezidentinin bu məsələyə səssiz qalması pislənilib.
Qeyd edək ki, bəyanatı Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi, Azərbaycan Şəhid Mədəni Universitetinin Şeir və Ədəbiyyat dərnəyi, Zəncan Universitetinin İşraq İncəsənət və Mədəniyyət Dərnəyi, Həmədan Tibbi Universitetinin Ustad Şəhriyat İslami-Öyrənci Qurumu, Urmiya Universitetinin Şeir və Ədəbiyyat Dərnəyi və başqa qurumlar imzalayıblar.

3178 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
20-05-2018, 10:02 Cəbhədən SON XƏBƏR

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___