ATƏT PA-da Qarabağın Ermənistanın işğalı altında olması məsələsi qaldırıldı
Tarix: 08-07-2018 | Saat: 20:24
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər
Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb. Deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib. ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.
ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.
Xəbəri paylaş
7938 dəfə oxunub.
Digər xəbərlər

16-05-2017, 21:35
Yuxarı vəzifəyə təyin ediləcəyini bilə-bilə özünü öldürdü - YENİ FAKTLAR
30-08-2015, 01:25
Əriməyən dondurma icad edildi
26-08-2016, 21:06
Flora Kərimova: “Zeynəb Xanlarovanın səsi yoxdur...” - ŞOK
26-12-2016, 18:13
Mehriban Əliyeva uşaq evlərini bitirən gənclər üçün yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib - FOTO
27-05-2015, 11:35
Bakıda qaydaları pozan daha bir piyada vuruldu – FOTO (16+)
19-03-2015, 13:38
Avropa Oyunlarının ilk biletini İlham Əliyev aldı
13-05-2020, 17:47
Rusiya vətəndaşlarının təxliyəsi üçün koridor yaradılıb
26-10-2016, 16:25
Bakıda avtobus ahıl piyadanı vurdu
11-01-2021, 16:43
Lerik Rayonunun Təhsil Şöbəsinin müdiri niyə qaçıb? - İTTİHAM
24-12-2015, 09:57
“Xoşbəxtəm ki, mənim belə atam var“ - Leyla Əliyeva