Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanlar Vəliyev qardaşının güllələnməsindən danışdı - ŞOK AÇIQLAMA
Tarix: 06-07-2018 | Saat: 21:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər




Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.

İcra başçısının qardaşı, Azərbaycan Respublikası Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyev məsələ ilə bağlı Bizim Yol-a açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. O eyni zamanada qardaşına edilən sui-qəsdlə bağlı  danışıb.

"Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harada olmasının fərqi yoxdur, əsas odur ki, yaxşıdır. Daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sözsüz ki, bu, ölkə Prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir".
 
Hərbi prokuror daha sonra cinayətkarın kimliyi ilə bağlı sensassiya hesab edilən və indiyə kimi hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda əksini tapmayan iddia ilə çıxış edib: 

Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü, anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhümatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın.

Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.




1 2758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___